İrəvanda 15 əsirin geri qaytarılması haqqında nə danışırlar?| “Bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir” – ƏTRAFLI

2019/09/00-33-1568712180.jpg
Oxunub: 3381     16:00     14 İyun 2021    
Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Ermənistanın ictimai-siyasi xadimləri, ekspertləri əsir-xəritə mübadiləsi haqqında fəqrli fikirlər səsləndirirlər.

Erməni politoloq Qaqik Hambaryan yazıb ki, Ermənistanın xain Baş naziri Ağdamı son olaraq türklərə bağışlayıb, Ağdam rayonundakı təxminən 100 min müxtəlif cür minanı əks etdirən xəritəni onlara verib.

“Kapitulyant bu xəritələri türklərə türklərə verməsəydi, türklər yaxın 10-15 ildə Ağdamda ciddi şəkildə genişlənə bilməyəcəkdilər. Yeri gəlmişkən, Nikol bu xəritələri türklərə Montenin öldüyü gün bağışladı. Xatırladım ki, Montenin doğulduğu gün anti-milli Nikol Montenin tutduğu Kəlbəcər rayonunu türklərə bağışladı”, - deyə o qeyd edib.

Ermənistanın “Hanekt” anlitik mərkəzinin eksperti Tiqran Abrahamyan bildirib ki, Paşinyan 15 erməninin qaytarılmasını aylarla uzadıb, çünki bu addım seçkiqabağı dividentlər bahasına ona lazım idi. Abrahamyanın sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti üçün hərbçilərin həyatı, insan həyatı dəyərə malik deyil və bu anda öz daxili siyasi, komandadaxili, dar şəxsi maraqlarını tələb etdikləri kimi, mövzudan istifadə edirlər.

Erməni ictimai xadim Edqar Qazaryan “Facebook” səhifəsində 15 əsir müqabilində Ağdamın minalanmış ərazilərinin xəritəsinin verilməsini Azərbaycan diplomatiyasının növbəti qələbəsi və Ermənistan hakimiyyətinin dövlət xəyanəti olaraq qiymətləndirib.

“Ermənistan erməni xalqının ən böyük rəqiblərinə və xainlərinə sahib olmağa davam edir”, - deyə o qeyd edib.

“Hayastan” ittifaqının üzvü Artur Qazinyan "Facebook" səhifəsində yazıb: “Xəritəni Nikola verən dərk etməlidir ki, Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlət xəyanəti) maddəsi ilə nəzərdə tutulmuş əməli törədib (xarici təşkilata və ya onların nümayəndələrinə dövlət sirri vermək), buna görə çox tezliklə cinayət məsuliyyətinə cəlb olunacaq”.

Erməni politoloq Qaqik Hambaryanın sözlərinə görə, Nikol Paşinyan əsirləri qəsdən azad etmirdi ki, öz siyasi oyunlarında onlardan istifadə etsin.

“Adekvat” ictimai təşkilatının həmtəsisçisi Artur Danielyan məsələyə toxunaraq bildirib: “Dövlət Departamentindən adam gəldi və Gürcüstanın vasitəçiliyi ilə 15 əsiri azad etdilər, bu, göstərir ki, Muradov öz “şəxsi səyləri” ilə birlikdə sıfırdır”.

Erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb ki, ən azı aprel ayından etibarən azərbaycanlıların əsirlərin qaytarılması mövzusunu minalanmış ərazilərin xəritələri ilə əlaqələndirdikləri açıq-aydındır.

“Məgər Vətəndaş Müqaviləsi Partiyasının “Hayastan” ittifaqının reytinqindən geri qaldığı, “Şərəfim var” ittifaqının böyük ehtimalla parlamentə keçdiyi məlum olan kimi Nikolun bu xəritələri Azərbaycana verməyə razı olması və təcili olaraq 15 əsiri qaytarması təsadüfdür? Mən belə təsadüflərə inanmıram”, - deyə o qeyd edib.

Erməni hərbi ekspert Karen Hovhannisyan bildirib ki, Bakıda minalanmış ərazinin xəritəsinin əldə olunmasını tarixi qələbə hesab edirlər, İlham Əliyev iyunun 12-ni Ağdam azad edildiyi gün elan etməyi müzakirə edir. Hovhannisyan qeyd edib ki, tezliklə bütün Ağdam rayonu aktiv həyatda yaşamağa başlayacaq: “Bunun Azərbaycan üçün nə olduğunu təsəvvür etməyəcəksiniz... Heç biriniz 15 ailədə işıq yandığını söyləməyə çalışmayın, bəs digər ailələr?”.

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Naira Zöhrabyan vurğulayıb ki, xəritələr verilməli idisə, bu seçkiqabağı dövrdə deyil, bütün erməni əsirlər qarşılığında və daha erkən verilməli idi: “İlham Əliyev isə iyunun 12-ni, minalanmış ərazilərin xəritələrinin təhvil verildiyi günü Ağdamın azad ediliyi gün elan etməyə qərar verib”.

Zöhrabyan Ermənistan cəmiyyətinə belə bir sual ünvanlayıb: “Minalanmış ərazilərin xəritələri bizə lazım deyildisə və rəqibə vermək olardısa, niyə 6 ay əvvəl vermirdilər və əsirləri almırdılar?”.

Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan “Facebook səhifəsində yazıb ki, kapitulyant faktiki olaraq əsirlərin qaytarılmasına görə ABŞ prezidentinin administrasiyasına təşəkkür edərək, yumşaq dildə desək, Rusiyanı əzrayılın qucağına göndərdi.

Erməni ekspert Tatev Ayvazyanın sözlərinə görə, bir minanın tapılması və zərərsizləşdirilməsi üçün təxminən 1000 avro xərclənir, erməni tərəfi isə Azərbaycana 97 min minanı özündə əks etdirən xəritəni təhvil verib.

Erməni ictimai xadim Sevak Hakobyan əsirlər məsələsinə toxunaraq qeyd edib: “Baş nazir vəzifəsinin icraçısı xəritələri verə bilirdisə, əsirlərimiz niyə 7-8 ay cəhənnəmdə yaşayırdılar?”.

Erməni politoloq Ağasi Yenokyanın sözlərinə görə, İlham Əliyev Nikol Paşinyan üçün əsirlərin qaytarılmasını uzadır, onu seçkilərə uyğunlaşdırır.

Ermənistan Baş nazirinin administrasiyasının rəhbərinin müavini Taron Çaxoyan isə “Facebook” səhifəsində qeyd edib ki, erməni tərəfində 100 minlərlə minalanmış ərazilərin xəritələri var və belə qalmağa davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Əsir  

İrəvanda 15 əsirin geri qaytarılması haqqında nə danışırlar?| “Bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir” – ƏTRAFLI

2019/09/00-33-1568712180.jpg
Oxunub: 3382     16:00     14 İyun 2021    

Bizi "telegram"da izləyin