“1in.am”: Yəni, Rusiya yeganə xilaskardır, Rusiya xilaskar deyil, düşməndir

2021/06/00-44-1623664200.jpg
Oxunub: 23259     16:49     14 İyun 2021    
Regional səfərlə Ermənistanda olmuş ABŞ dövlət katibinin müavini Filip Riker Ermənistan-Azərbaycan sərhəd vəziyyəti haqqında danışaraq Vaşinqtonun sərhədlərin dəqiqləşdirilməsi məsələsində yardım göstərməyə hazır olduğunu bildirib.

Ermənistanın nüfuzlu “1in.am” nəşri yazır ki, faktiki olaraq Minsk qrupunun iki həmsədri olan ABŞ və Fransa İrəvanın təklifinə müsbət yanaşıb və şübhəsiz ki, burada vəziyyətin konkret qiymətləndirməsindən inadkarcasına yayınan Rusiyanın mövqeyi əsasdır.

Nəşrə görə, ABŞ və Fransanın qiymətləndirmələri nə qədər aydın olursa, Rusiyanın da mövqeyinin qeyri-müəyyənliyi bir o qədər diqqəti cəlb edir, bu da bu barədə şübhələri dərinləşdirir ki, Moskva ya sadəcə olaraq təhlükəsizlik risklərinin idarə edilməsi işində Ermənistana həyat qabiliyyətli yardım nümayiş etdirmək iqtidarında deyil, ya da Ermənistan üçün təhlükəsizlik risklərinin yaradılması prosesinin təşəbbüskarı olmasa da, iştirakçısı məhz odur.

“Şərti olaraq həqiqət bəlkə də “orta”dadır. Yəni, Rusiya təhlükəsizlik baxımından kimsə üçün çoxdan həyat qabiliyyətli tərəfdaş və ya müttəfiq deyil, digər tərəfdən bu həyat qabiliyyətsizlik Rusiyanı öz təsiri altındakı zonanı müttəfiq təklifləri, etibarlı müttəfiq yardımı fəaliyyətləri ilə yox, şantaj və təhdidlə qoruyub saxlamağa məcbur edir.

Bu mənada Rusiya Ermənistanı bu şəkildə və Sovet İttifaqından sonrakı bütün dövrdə olmasa da, çox uzun müddətdir öz təsir zonasında saxlayır. Bu, dövlətçiliyimizin dərin problemidir, bunun həlli istiqamətində erməni fikri ötən 30 ildə lazımi şəkildə işləməyib və ümumiyyətlə indiyə qədər lazım olan səviyyədə işləmir.

Məsələ burasındadır ki, bu fikir ən ibtidai hədlər kontekstində işləyib və işləyir. Yəni, Rusiya yeganə xilaskardır, Rusiya xilaskar deyil, düşməndir. Burada hər hansı bir həddə hər hansı bir həll və ya qiymətləndirmə yoxdur, lakin bu, nə qədər doğru olsa da, yenə də həll deyil.

İfratçılıqlar məzmundan nə qədər uzaq olsa da, Ermənistan üçün alternativ imkanlar, diversifikasiya edilmiş siyasət və təhlükəsiz məzmununu formalaşdırmaq, buna yönəlmiş siyasi fikir inkişaf etdirmək baxımından sahə o qədər açılır.

Bəlkə də məhz buna yol verməmək üçün də sahə ifratçılıqlarla dolur, bunları təşviq etmək, beləliklə alternativ və müxtəliflik istiqamətində məzmunlu, mövzulu, rasional fikrin inkişafına və ya genişlənməsinə imkan verməmək, məzmunlu diskurs imkanını deklarativ hədlərlə boğmaq üçün birbaşa və ya dolayı formalarda addımlar atılır”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

“1in.am”: Yəni, Rusiya yeganə xilaskardır, Rusiya xilaskar deyil, düşməndir

2021/06/00-44-1623664200.jpg
Oxunub: 23260     16:49     14 İyun 2021    

Bizi "telegram"da izləyin