“9 noyabr sənədinin ləğv edilməsi yeni müharibə deməkdir” - Marukyan

2019/02/22295-1549356681.jpg
Oxunub: 1183     12:17     14 İyun 2021    
“Heç bir siyasi qüvvə demir ki, 9 noyabr sənədini biz ləğv edəcəyik. Çünki düşünürəm ki, hamısı bunun ləğv edilməsinin yeni müharibə demək olduğunu başa düşür”.

Ordu.az xəbər verir ki, bunu İrəvanın Nor Nork inzibati rayonunda jurnalistlərə açıqlamasında “İşıqlı Ermənistan” partiyasının Baş nazir vəzifəsinə namizədi Edmon Marukyan deyib.

“Ermənistan yeni müharibə potensialına sahib olsaydı, düşünürəm ki, Sünik vilayətinə bu müdaxilə müharibəyə çevrilə bilərdi. Lakin biz danışıqlar yolu ilə gedirik”, - deyə Marukyan bildirib.

Onun sözlərinə görə, “İşıqlı Ermənistan” partiyası hesab edir ki, Ermənistan blokadadan çıxarılmanın alternativinə sahib deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


“9 noyabr sənədinin ləğv edilməsi yeni müharibə deməkdir” - Marukyan

2019/02/22295-1549356681.jpg
Oxunub: 1184     12:17     14 İyun 2021    
“Heç bir siyasi qüvvə demir ki, 9 noyabr sənədini biz ləğv edəcəyik. Çünki düşünürəm ki, hamısı bunun ləğv edilməsinin yeni müharibə demək olduğunu başa düşür”.

Ordu.az xəbər verir ki, bunu İrəvanın Nor Nork inzibati rayonunda jurnalistlərə açıqlamasında “İşıqlı Ermənistan” partiyasının Baş nazir vəzifəsinə namizədi Edmon Marukyan deyib.

“Ermənistan yeni müharibə potensialına sahib olsaydı, düşünürəm ki, Sünik vilayətinə bu müdaxilə müharibəyə çevrilə bilərdi. Lakin biz danışıqlar yolu ilə gedirik”, - deyə Marukyan bildirib.

Onun sözlərinə görə, “İşıqlı Ermənistan” partiyası hesab edir ki, Ermənistan blokadadan çıxarılmanın alternativinə sahib deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


Bizi "telegram"da izləyin