Polşa Ordusuna yeni mobil HHM sistemləri təhvil verilib

2021/06/popra-1623655599.jpg
Oxunub: 614     16:52     14 İyun 2021    
Polşanın “PIT-RADWAR” şirkəti ölkənin silahlı qüvvələrinə POPRAD mobil Hava Hücumundan Müdafiə (HHM) sistemləri tədarük edib.

Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri yazıb.

Bildirilir ki, bu, HHM sistemlərinin ikinci partiyasının tədarüküdür.

POPRAD mobil HHM sistemlərinin Polşa Silahlı Qüvvələrinə çatdırılması üçün müqavilə 2019-cu ildə imzalanıb. İmzalanmış müqavilə 79 sistemin çatdırılmasını əhatə edir. Müqavilənin dəyəri 287,7 milyon dollardır.

HHM sistemi PIT-RADWAR şirkəti tərəfindən hazırlanıb. Sistem Polşanın “AMZ-Kutno” şirkəti tərəfindən hazırlanan 4x4 təkər formuluna malik “Zubr” zirehli avtomobilinə quraşdırılıb. Raket buraxılış bölməsi şassinin arxasına yerləşdirilib. Vasitə ümumilikdə səkkiz raket daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   POPRAD  


Polşa Ordusuna yeni mobil HHM sistemləri təhvil verilib

2021/06/popra-1623655599.jpg
Oxunub: 615     16:52     14 İyun 2021    
Polşanın “PIT-RADWAR” şirkəti ölkənin silahlı qüvvələrinə POPRAD mobil Hava Hücumundan Müdafiə (HHM) sistemləri tədarük edib.

Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri yazıb.

Bildirilir ki, bu, HHM sistemlərinin ikinci partiyasının tədarüküdür.

POPRAD mobil HHM sistemlərinin Polşa Silahlı Qüvvələrinə çatdırılması üçün müqavilə 2019-cu ildə imzalanıb. İmzalanmış müqavilə 79 sistemin çatdırılmasını əhatə edir. Müqavilənin dəyəri 287,7 milyon dollardır.

HHM sistemi PIT-RADWAR şirkəti tərəfindən hazırlanıb. Sistem Polşanın “AMZ-Kutno” şirkəti tərəfindən hazırlanan 4x4 təkər formuluna malik “Zubr” zirehli avtomobilinə quraşdırılıb. Raket buraxılış bölməsi şassinin arxasına yerləşdirilib. Vasitə ümumilikdə səkkiz raket daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   POPRAD  


Bizi "telegram"da izləyin