Cənubi Koreya beşinci nəsil KF-21 təyyarəsinin daha 5 prototipini istehsal edəcək

2021/06/65162-1623655446.jpg
Oxunub: 579     16:23     15 İyun 2021    
Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti beşinci nəsil KF-21 döyüş təyyarəsinin daha 5 prototipini istehsal edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “The Hankyoreh” nəşri yazıb.

Təyyarələrin ilk prototipi bu ilin aprel ayının 9-da təqdim edilib.

İstehsal edilən beş prototipdən ikincisi hazırda raketlərin düzgün şəkildə yüklənə biləcəyini yoxlamaq üçün sınaqdan keçirilir.

Cənubi Koreyanın KAI şirkəti tərəfindən istehsal edilən KF-X 4.5-ci nəsil qırıcı təyyarə kimi təsnif edilir. Lakin səlahiyyətlilərin açıqlamalarına görə, platforma gələcəkdə inkişaf etmiş beşinci nəsil təyyarəsinə çevriləcək şəkildə dizayn edilib. Qırıcı təyyarədə maksimum 7700 kiloqram yük və sursat, yanacaq çənləri və sensorlar üçün 10 bölmə var. Təxmini dəyəri 7.3 milyard dollar olan KF-X layihəsi çərçivəsində hazırlanacaq təyyarələr F-4 və F-5 təyyarələrini əvəz edəcək.

Yeni nəsil təyyarələr ABŞ istehsalı F-35-ə daha ucuz, daha az gizli alternativ olaraq dizayn edilib. Döyüş təyyarələrinin ilk uçuşlarının 2022-ci ildə keçirilməsi gözlənilir.

2028-ci ilə qədər 40, 2032-ci ilə qədər isə 80 ədəd təyyarənin istehsal edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KF-21  


Cənubi Koreya beşinci nəsil KF-21 təyyarəsinin daha 5 prototipini istehsal edəcək

2021/06/65162-1623655446.jpg
Oxunub: 580     16:23     15 İyun 2021    
Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti beşinci nəsil KF-21 döyüş təyyarəsinin daha 5 prototipini istehsal edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “The Hankyoreh” nəşri yazıb.

Təyyarələrin ilk prototipi bu ilin aprel ayının 9-da təqdim edilib.

İstehsal edilən beş prototipdən ikincisi hazırda raketlərin düzgün şəkildə yüklənə biləcəyini yoxlamaq üçün sınaqdan keçirilir.

Cənubi Koreyanın KAI şirkəti tərəfindən istehsal edilən KF-X 4.5-ci nəsil qırıcı təyyarə kimi təsnif edilir. Lakin səlahiyyətlilərin açıqlamalarına görə, platforma gələcəkdə inkişaf etmiş beşinci nəsil təyyarəsinə çevriləcək şəkildə dizayn edilib. Qırıcı təyyarədə maksimum 7700 kiloqram yük və sursat, yanacaq çənləri və sensorlar üçün 10 bölmə var. Təxmini dəyəri 7.3 milyard dollar olan KF-X layihəsi çərçivəsində hazırlanacaq təyyarələr F-4 və F-5 təyyarələrini əvəz edəcək.

Yeni nəsil təyyarələr ABŞ istehsalı F-35-ə daha ucuz, daha az gizli alternativ olaraq dizayn edilib. Döyüş təyyarələrinin ilk uçuşlarının 2022-ci ildə keçirilməsi gözlənilir.

2028-ci ilə qədər 40, 2032-ci ilə qədər isə 80 ədəd təyyarənin istehsal edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KF-21  


Bizi "telegram"da izləyin