Şəhid xüsusi təyinatlı gizir Faiq Həsənov: “Bu yerləri görmək və ilk qədəm basmaq bizə qismət oldu” (FOTO)

2021/06/45-3247309126.jpg
Oxunub: 1394     11:23     14 İyun 2021    
Vətən torpağını düşmən tapdağından azad etmək naminə fədakarcasına vuruşaraq həyatını qurban verən hər bir şəhid haqqında məqalə yazmaq jurnalist üçün, ilk növbədə, öz üzərinə mənəvi məsuliyyət götürmək deməkdir. Çünki belə qeyrətli oğulların şərəfli döyüş yolu onların xatirəsinə layiq şəkildə işıqlandırılmalı və tarixləşdirilməlidir. Onlar barədə deyilən fikirlər və yazılan sözlər bir yaddaş yadigarıdır. Bu yaddaş yadigarının qorunub saxlanılması üçün qələm adamı öz həssas münasibətini əsirgəməməlidir.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin 44 gün davam edərək ordumuzun Şuşa zəfəri ilə başa çatması inkaredilməz bir həqiqəti ortaya qoydu - biz güclüyük, qalibiyyət isə haqqımızdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin misilsiz hərbi zəfəri barədə deyib: “Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”.

İkinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin ayrı-ayrı qoşun növlərinə məxsus xüsusi təyinatlı bölmələr üçün əsl ölüm-qalım sınağı, yenilməzlik imtahanı oldu. Xüsusi təyinatlılar üzərilərinə düşən döyüş missiyasını başucalığı ilə yerinə yetirdilər. 44 günlük döyüş yolu Azərbaycan xüsusi təyinatlıları fenomenini dünyaya tanıtdı. Fəxr edirik ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları da Vətən müharibəsində Ali Baş Komandanın etimadını doğrultdular.

Şəhid xüsusi təyinatlı gizir Həsənov Faiq Hüseyn oğlu Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Silahdaşımızın döyüş meydanında sona çatan 30 illik ömür yolunun bir çox məqamı barədə məlumat topladım.

O, 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub. Hüseyn Həsənov və Yeganə Həsənovanın qurduğu ailənin böyük övladı idi. Onun iki bacısı və bir qardaşı var.

Faiq paytaxtın Səbail rayonunda yerləşən Osman Mirzəyev adına 190 saylı orta məktəbi bitirib. Həmin məktəbdə, yaşadığı məhəllədə, birgə məşq etdiyi və yarışdığı idmançılar arasında şəxsi keyfiyyətlərinə görə özünə hörmət qazanıb. Yeniyetməlik yaşlarından idmana həvəslə yanaşıb, fiziki hazırlığına daim diqqət yetirib. Yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi uğrunda yarışlarda məharət göstərərək qalib yerləri tutub. Bununla yanaşı, “Şahin” hərbi-idman oyunlarında da uğurla iştirak edərək, müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb.

2008-2012-ci illərdə Faiq Mingəçevir Politexnik İnstitutunda (hazırda Mingəçevir Dövlət Universiteti) ali təhsil alıb. Burada iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib. Tələbə olaraq da təhsil aldığı kollektivdə müsbət cəhətdən xarakterizə olunub.

2012-2013-cü illərdə Faiq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Həmin vaxtdan etibarən gələcək həyatını iqtisadçı peşəsinə deyil, hərbi xidmətə bağlamaq haqqında fikirlərini doğmaları ilə bölüşüb. Hərbçi peşəsi, xüsusi təyinatlıların xidməti onun qəlbində rəğbət doğururdu.

Birinci Qarabağ müharibəsi zamanı ön cəbhəyə könüllü yollanaraq torpaqlarımızın müdafiəsində şəhid olmuş əmisi Elşən Həsənovun, həmin dövrdə döyüşlərdə iştirak etmiş digər əmilərinin, habelə xətrini çox istədiyi dayısı, 1989-1991-ci illərdə Qazax-Ağstafa bölgəsində erməni işğalçılarına qarşı vuruşmuş qazi Mahir Rzayevin keçdikləri çətin sınaqlar gəncin həyata baxışlarına təsirsiz qalmayıb, onun üçün vətənpərvərlik örnəyi olub.

2015-ci ilin avqust ayında Faiq Daxili Qoşunların sıralarına hərbi xidmətə qəbul edilib. Daxili Qoşunlarda xidmət etməyə qərar verməsində qohumu, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, Daxili Qoşunların Baş İdarəsinin qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin döyüş hazırlığı şöbəsinin rəisi polkovnik Aydın Zahidovun rolunu xüsusi vurğulamaq yerinə düşər. Zəngin xidmət təcrübəsinə malik polkovnik A.Zahidov gənc hərbi qulluqçuya Daxili Qoşunlarda hərbi xidmətlə bağlı vacib tövsiyələr verib.

2015-2020-ci illərdə Faiq Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi vasitələrin tətbiqi bölməsində manevr qrupunun yarımqrupunda atıcı, xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun yarımqrupunda atıcı və xüsusi təyinatlı dəstədə texnik vəzifələrində xidmət edərək, ona göstərilən etimadı doğruldub. Döyüş və mənəvi-psixoloji hazırlığında, funksional vəzifələrinin icrasında əzmkarlığı ilə fərqlənib.

2017-ci ildə atasının xəstəlikdən qəfil vəfat etməsi Faiqi çox sarsıdıb. Böyük övlad kimi ailənin qayğılarını öz üzərinə götürüb, anasının işləməsinə razı olmayıb, Yeganə xanıma mənəvi dayaq olub, bacıları və qardaşı da ona həmişə güvəniblər. Əzizləri Faiqin ailə quracağı günü səbirsizliklə gözləyirdilər, ancaq taleyin öz hökmü vardı...

2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı Vətən müharibəsi başlayanda gizir F.Həsənov döyüş əməliyyatlarına ilk cəlb olunanların sıralarında idi. O və silahdaşları torpaqlarımızı uzun illər işğal altında saxlayan düşməndən qisas alındığı vaxtın yetişməsini ruh yüksəkliyi ilə qarşılayıblar. Tərkibində olduğu qrup və birgə hücuma keçən digər qruplar müharibənin ilk günlərində Cəbrayıl-Füzuli rayonlarının ərazilərində çətin döyüş tapşırıqlarını yerinə yetiriblər. Belə ki, düşmənin bir neçə müdafiə xəttini yarmaq, onun müqavimətini qırmaq, müxtəlif növ silah-sursat, texnikasını məhv etmək və ya qənimət götürmək, nəzarətimizə keçən ərazilərdə möhkəmlənmək üçün hərbi qulluqçularımız qətiyyətlə vuruşublar. İlk döyüşlərdəcə işğalçılar darmadağın edilib, bizim qüvvələrin güclü zərbələrinə tab gətirə bilməyiblər.

“N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində atıcı çavuş Sirus Müsüzadə Faiqin döyüşçü yoldaşı kimi onunla bağlı xatirələrini mənə danışdı. Bildirdi ki, Faiq cəsurluqla döyüşürdü, həmişə öndə idi, hər bir çətinliyə dözürdü, o, müharibə gerçəkliyində yoldaşlarına diqqətcil və qayğıkeş olmağı da bacarırdı. İşğaldan azad edilən torpaqlarımızda irəliləyərkən “bu yerləri görmək və ilk qədəm basmaq bizə qismət oldu” - deyib.

Sirus məlumat verdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi ətrafında döyüş zamanı düşmən artilleriyasından şiddətli atəş nəticəsində Faiq qapalı kəllə-beyin travması alıb. Əhmədbəylidəki hərbi qospitalda yerləşdirilərək, bir neçə gün müalicə olunub. Dayısı qospitalda onun yanına gəlib. Bakıda müalicəsinin davam etdirilməsinin zəruriliyini, qoyulan diaqnozun ciddiliyini Faiqə söyləyib. Ancaq dayısının təkidinə baxmayaraq, Faiq döyüşlər başa çatanadək Bakıya getməyəcəyini bildirib.

Oktyabrın 5-də səhhətindəki problemə baxmayaraq, Faiq qospitaldan öz istəyi ilə çıxıb və həmin gün döyüş tapşırığının yerinə yetirilməsinə cəlb olunub. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Ələsgər Muxtarovun dediyinə görə, oktyabrın 5-də gizir F.Həsənov, dəstənin digər hərbi qulluqçusu gizir Mayis Səmədov bir qrup silahdaşı ilə birgə Cəbrayıl-Füzuli rayonları istiqamətində ön mövqeyimizə lazımi təminat çatdırmaq, oradakı yaralılarımızı çıxarmaq üçün gedərkən yolda düşmənin pusqusuna düşüblər. Qeyri-bərabər döyüşdə Faiq, Mayis, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 6 nəfər xüsusi təyinatlısı son nəfəslərinədək mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. İşğalçılar da o döyüşdə itki veriblər.

Bakı şəhərindəki 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən 10.10.2020-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədə gizir F.Həsənovun 2020-ci il oktyabrın 5-də Füzuli rayonunda döyüş zamanı qarının dəlib keçən güllə yarası, döş qəfəsinin güllə yaralanmasından həlak olduğu barədə qeydlər öz əksini tapıb.

Şəhid hərbi qulluqçumuz Bakıda 2-ci Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları, Azərbaycan Respublikası müdafiə nazirinin 3 noyabr 2020-ci il tarixli müvafiq əmri ilə gizir F.Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Şəhidin məzunu olduğu 190 saylı orta məktəbdə və Mingəçevir Dövlət Universitetində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ehtiram göstərilir. Hər iki təhsil müəssisəsindən verilən məlumata görə, şagird və tələbələrlə xalqımızın igid oğullarının şücaət nümunələri barədə söhbətlər aparılır, şəhidlərin məzarları ziyarət olunur. Bu məktəb və universitetin yetirmələri olan şəhidlərin şəkillərini əks etdirən xatirə guşələri yaradılıb.

Bu yazını şair Rəhman Bayramın “Şəhidlər” şeirindən bir bəndlə yekunlaşdırıram:

Ölüb qovuşdular ölümsüzlüyə,
Şəhidlik adında uca zirvəyə,
Can verdilər, Vətən yaşasın deyə,
Millətin ruhuna dayaq şəhidlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yalçın Abbasov, DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XTD   Şəhid   Faiq-Həsənov  

Şəhid xüsusi təyinatlı gizir Faiq Həsənov: “Bu yerləri görmək və ilk qədəm basmaq bizə qismət oldu” (FOTO)

2021/06/45-3247309126.jpg
Oxunub: 1395     11:23     14 İyun 2021    

Bizi "telegram"da izləyin