Sarkisyan Moskva və Köçəryanın proqramından narazıdır – O, “məcbur etdilər” deməklə hansı qüvvələri nəzərdə tutur?

2021/06/00-31-1623404773.jpg
Oxunub: 1702     14:21     11 İyun 2021    
“Vətən üçün ağır olan bu günlərdə hamımızı növbədənkənar seçkilərə məcbur etdilər”, - deyə “Şərəfim var” ittifaqının siyahısına daxil edilməmiş, lakin faktiki olaraq lider olan Serj Sarkisyan bildirib. O, bu bəyanatı ittifaqın seçki proqramının təqdimatına verib.

İlk baxışdan belə bir qəribə vəziyyət alınır ki, Sarkisyan bir tərəfdən növbədənkənar seçkidə iştirak edir, digər tərəfdən bundan narazılıq edir. Əgər o, Ermənistan üçün ağır dövrdə bunun lazım olmadığını düşünürdüsə, bəs niyə bu seçkini əldən vermədi? Bu suala gəlmək üçün bəlkə də “Serj Sarkisyan “bizi növbədənkənar seçkiyə məcbur etdilər” deməklə kimi nəzərdə tutur?” sualına cavab tapmalıyıq.

Nikol Paşinyan məcbur edib? Çətin ki. Növbədənkənar seçki de-fakto “Vətənin Xilası Hərəkatı” adlanan hərəkatın fəaliyyətləri ilə məcbur edilib, bu fəaliyyətlər daxili siyasi böhranı ağırlaşdırıb və ona gətirib çıxarıb ki, fəaliyyətdə olan hakimiyyət sonunda növbədənkənar seçki razılaşmasına getsin.

Əlbəttə, əgər başqa bir pərdəarxası fenomen Serj Sarkisyana məlumdursa, bu, başqa məsələdir, lakin zahiri cəhətdən daxili siyasi xaos və böhranı dərinləşdirən, bundan çıxış yolunun növbədənkənar seçki olaraq nəzərdən keçirilməsinə gətirib çıxaran məhz “Vətənin Xilas Hərəkatı”nin fəaliyyətləri idi. “Vətənin Xilası Hərəkatı” belə bir sual qoymurdu, növbədənkənar seçkidə iştirak etmədiyini bildirirdi və deyirdi ki, onun tələbi parlamenti buraxmadan keçid hökumətidir.

Lakin artıq ilk bir-iki ayda məlum idi ki, Paşinyan belə bir razılaşmaya getməyəcək, buna görə də sonrakı mübarizə və böhranın dərinləşməsi, özü də dərin dəstəyin yoxluğu ilə dərinləşməsi maksimum növbədənkənar seçki ətrafında qarşılıqlı güzəştə gətirib çıxara bilər.

Buna görə də Serj Sarkisyan, göründüyü kimi, məhz onu nəzərdə tutur ki, “Vətənin Xilası Hərəkatı” “onları növbədənkənar seçkiyə məcbur etdi”. Bəs niyə Serj Sarkisyan bundan narazıdır? Məsələ odur ki, növbədənkənar seçki Ermənistanın həm daxili siyasi konfiqurasiyasını, həm də qüvvələr balansını tənzimləyən keçmiş sistemi dəyişdirə bilər.

Başqa sözlə desək, növbədənkənar seçki Köçəryanın bu sistemdə Serj Sarkisyan üzərində dominant mövqe qazanmasına səbəb ola bilər. Buna görə də Serj Sarkisyan növbədənkənar seçkidən narazı olsa belə səsləri Robert Köçəryana verməmək üçün seçkidə iştirak edir.

O da mümkündür ki, Sarkisyan “məcbur etdilər” deməklə daha yuxarıda dayanmış qüvvə olan Moskvanı nəzərdə tutur, hesab edir ki, növbədənkənar seçki vasitəsilə Robert Köçəryanın daxili siyasi mövqeyini qaldırmaq, belə demək mümkünsə, müxalifətin lideri statusuna çatdırmaq proqramı məhz orada hazırlanıb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Sarkisyan   Ermənistan  

Sarkisyan Moskva və Köçəryanın proqramından narazıdır – O, “məcbur etdilər” deməklə hansı qüvvələri nəzərdə tutur?

2021/06/00-31-1623404773.jpg
Oxunub: 1703     14:21     11 İyun 2021    

Bizi "telegram"da izləyin