Ermənistanda vətəndaş müharibəsi riski: Güc strukturları Paşinyanın sonuna sayılı günlər qaldığını düşünür

2021/05/swssw-1622282829.jpg
Oxunub: 2561     16:21     10 İyun 2021    
Bir həftə əvvəl Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, Artur Davtyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan, polis rəisi Vahe Qazaryan, Xüsusi İstintaq Xidmətinin rəisinin müavini Vladimir Hovhannisyan və Ermənistan prokurorluğunda yaradılmış işçi qrupunun üzvlərinin iştirakı ilə 2021-ci il iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkilərinin “qanuni gedişatını təmin etmək, mümkün seçki pozuntularının qarşısını almaq, bunlara qarşı hüquq-mühafizə orqanlarının birgə cinayət-hüquqi mübarizəsini təşkil etmək məsələləri ətrafında” müşavirə keçirib.

“Müşavirə zamanı seçkilərin hazırlanması və keçirilməsi zamanı mümkün seçki cinayətləri ilə bağlı nəşrlər, vətəndaşların hesabatlarına və bildirişlərinə lazımi şəkildə reaksiya vermək, yoxlanma mövzusu etmək, prosessual proseslərə başlamaq halında hər bir dairə tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsinin fasiləsiz gedişatını təmin etmək mexanizmləri, mümkün iş problemləri, bunların tənzimlənməsi yolları müzakirə olunub”, - deyə Ermənistan Baş Prokurorluğu qeyd deyib.

Bir neçə gündür Ermənistan hakimiyyəti Paşinyanın başçılığı altında “qaydasız döyüşlər üslubunda” seçkiqabağı təbliğat kampaniyası aparır, siyasi oponentləri söyür, təhdid edir, dövlət aparatının işçilərinə Paşinyanın görüş-mitinqlərində iştirak etməyi tapşıraraq inzibati resursdan amansız şəkildə istifadə edir. Bu barədə mətbuat nəşrləri formasında çoxlu sayda sübutlar var, lakin hüquq-mühafizə orqanları barmağını barmağına vurmur.

Ermənistan hakimiyyətinin zorakılıq çağırışlarını kriminallaşdırmaqla bağlı qanun qəbul etdiyi halda təkcə Paşinyanın vətəndaş müharibəsi, mülki və siyasi vendettalar haqqında təhdidedici çağırışları kifayətdir ki, hüquq-mühafizə orqanları işə keçsin, lakin gözlənildiyi kimi, Paşinyanın cibində fəaliyyət göstərən güc strukturları öz funksiyaları haqqında yalnız müxalif xadimlər halında xatırlayacaq.

Məsələn, bir sıra müxalif siyasi və ictimai xadimlər - Qarnik İsaqulyan, Zaruhi Postancyan, Ariana Hovsepyan və başqaları Paşinayana ünvanlanmış tənqidi çıxış etdiklərinə görə dindirilməyə çağrılıblar. Hüquq-mühafizə orqanları bəzi insanları saxta xəyanət maddəsi ilə İstintaq Komitəsində və Xüsusi İstintaq Xidmətində sürüyür.

Lakin Nikol Paşinyan nəinki siyasi müxaliflərin ünvanına zorakılıq çağırışları, təhqir edir, həmçinin ən sübutolunmaz, əsaslandırılmamış bəyanatlar verir.

Ümumiyyətlə Ermənistanın hüquq-mühafizə orqanlarının bənzər hərəkətsizliyi gözləniləndir, müharibədən sonra hərbi və siyasi xadimlərin Paşinyan və həyat yoldaşının ünvanına skandallı ittihamları bu günə qədər araşdırılmamış olaraq qalırsa, Paşinyan tərəfindən seçkiqabağı böhtanlar və təhdidlər tamamilə görməzdən gəlinəcəkdi. İstənilən qanuni, hüquqi elan edilmiş dövlətdə Xarici İşlər nazirinin skandallı bəyanatı hüquq-mühafizə orqanlarının istintaq mövzusu olardı.

Xatırladaq ki, Ayvazyan sözün əsl mənasında bildirib ki, “Xarici İşlər Nazirliyinin dövlətçiliyimizə, milli və dövlət maraqlarımıza qarşı olmuş hansısa ideyalara razılıq verə biləcəyindən hər hansı şübhə olmaması üçün” istefa verib. Lakin Ermənistan hüquq-mühafizə orqanları keçmiş rəsmidən maraqlanmadı ki, bənzər şeyə kim məcbur edirdi və məgər Ermənistan hökuməti dövlət əleyhinə olan addımlara hazırlaşır?

Bəlkə də, Ermənistanda Baş prokuror və digər güc strukturlarının rəhbərləri hesab edirlər ki, Paşinyan hakimiyyətinin sayılı günləri qalıb və onu rahat buraxmaq, ölüm ayağında ikən kömək etməmək lazımdır, bu isə başqa məsələdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

Ermənistanda vətəndaş müharibəsi riski: Güc strukturları Paşinyanın sonuna sayılı günlər qaldığını düşünür

2021/05/swssw-1622282829.jpg
Oxunub: 2562     16:21     10 İyun 2021    

Bizi "telegram"da izləyin