Qarabağdakı Rusiya sülhməramlıları döyüş hazırlığı tədbirləri həyata keçirirlər

2021/06/89-1622802403.jpg
Oxunub: 3636     16:31     04 İyun 2021    
Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rus sülhməramlı kontingentinin hərbi qulluqçuları müşahidə mövqelərinə hücumu dəf etmək istiqamətində məşğələlər keçərək döyüş hazırlığı tədbirləri həyata keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, fövqəladə vəziyyət zamanı sülhməramlılar mümkün qədər qısa müddətdə əvvəlcədən təchiz edilmiş mövqelərdə müdafiə mövqeyi tutmağa hazırdırlar.

Qeyd olunub ki, ötən həftə ərzində sülhməramlıların məsuliyyət zonasında atəşkəs rejimi pozuntuları olmayıb, rus sülhməramlılara qarşı təxribatçı fəaliyyətlər qeydə alınmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya   Sülhməramlılar  


Qarabağdakı Rusiya sülhməramlıları döyüş hazırlığı tədbirləri həyata keçirirlər

2021/06/89-1622802403.jpg
Oxunub: 3637     16:31     04 İyun 2021    
Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rus sülhməramlı kontingentinin hərbi qulluqçuları müşahidə mövqelərinə hücumu dəf etmək istiqamətində məşğələlər keçərək döyüş hazırlığı tədbirləri həyata keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, fövqəladə vəziyyət zamanı sülhməramlılar mümkün qədər qısa müddətdə əvvəlcədən təchiz edilmiş mövqelərdə müdafiə mövqeyi tutmağa hazırdırlar.

Qeyd olunub ki, ötən həftə ərzində sülhməramlıların məsuliyyət zonasında atəşkəs rejimi pozuntuları olmayıb, rus sülhməramlılara qarşı təxribatçı fəaliyyətlər qeydə alınmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Rusiya   Sülhməramlılar  


Bizi "telegram"da izləyin