Piyada Əleyhinə Minalar: Onların top mərmilərinə inteqrasiya edilərək yerləşdirilməsi də mümkündür (ARAŞDIRMA)

2021/06/0-1623318783.jpg
Oxunub: 2444     14:10     10 İyun 2021    
Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Piyada əleyhinə minalar nəqliyyat vasitələrinə qarşı istifadə üçün nəzərdə tutulmuş tank əleyhinə minalardan fərqli olaraq insanlara qarşı istifadə üçün hazırlanan mina formasıdır. Piyada əleyhinə mina partlayan mina və ya qəlpələnən mina kimi təsnif edilə bilər. Qəlpələnən minanın dairəvi məhvetmə qabiliyyətinə malik sıçrayan formaları da mövcuddur.

Piyada əleyhinə mina adətən düşmən qüvvələrinin maddi-texniki (əsasən tibbi) dəstəyə olan ehtiyacını artırmaq üçün onları öldürmək üçün yox, yaralamaq üçündür. Bəzi piyada əleyhinə minalar zirehli maşınların və ya digər təkərli nəqliyyat vasitələrinin təkərlərini də zədələyə bilir.

Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası 1997-ci ildə Ottova müqaviləsinin imzalanması ilə nəticələndi. Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Üzv dövlətlər konvensiyaya daxil olduqdan sonra 10 il ərzində mövcud minaları da məhv etməlidir. Buna baxmayaraq, bu müqavilə ABŞ, İsrail, Rusiya, Çin Xalq Respublikası, Pakistan və Hindistan da daxil olmaqla bir sıra ölkələr tərəfindən qəbul edilməyib.

İstifadəsi

Piyada əleyhinə minalar tank əleyhinə minalar kimi milli sərhədlər boyunca statik “mina tarlalarında” və ya strateji mövqelərin müdafiəsində istifadə olunur. Tank əleyhinə minalardan fərqli olaraq bu minaların ölçüsü kiçikdir və qısa zamanda böyük əraziyə yerləşdirilə bilinir. Bu minaların yerləşdirilməsi əl ilə, xüsusi texnika vasitəsilə və ya helikopter və təyyarələr ilə havadan həyata keçirilə bilər. Alternativ olaraq top mərmilərinə inteqrasiya edilərək də yerləşdirilməsi mümkündür.

Piyada əleyhinə minalar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

• Tələ qurmaq
• Müvəqqəti bazanın qorunması
• Düşməni dar yoldan keçməyə məcbur etmək
• Təqibdən qaçmaq üçün
• “Bubi tələsi” kimi istifadə edərək avadanlıqları qorumaq
• Digər minaların zərərsizləşdirilməsinin qarşısını almaq

Fuqas minaları

Tipik olaraq, piyada əleyhinə fuqas minaları qurban basdıqda işə düşür. Fuqas minalarının əsas məqsədi onları əlil etməkdir. Öldürməkdən daha çox yaralanma qarşı tərəfin üzərinə düşən maddi-texniki (evakuasiya, tibbi) yükü artırmaq üçün edilir.

Təsiri
Bir insan minaya basaraq onu işə saldıqda, mina partlayır və son dərəcə yüksək sürətlə gedən isti qazlardan ibarət şok dalğası meydana gəlir. Şok dalğası mina qəlpələrini və onunla birlikdə minanı əhatə edən torpağı ataraq yuxarıya böyük təzyiq qüvvəsi göndərir. Partlayış dalğası səthə dəydikdə, qüvvəni sürətlə subyektin ayaqqabısına və ayağına ötürür. Bu, kütləvi sıxılma qüvvəsinin tətbiq edilməsinə səbəb olur. Əksər hallarda partlayış dalğası ilə qurbanın ayağı uçur.

İnsan bədənində yaranan xəsarətlər minanın əsas yükünün ölçüsündən, dərinliyindən, torpağın növündən və qurbanın onunla necə təmasda olmasından asılıdır. Fərqli torpaq növləri fərqli miqdarda enerjinin yaranmasına səbəb olur. Partlayış dalğası daha çox zədələnməyə səbəb olur, hətta bəzi hallarda ayağın dizə qədər travmatik amputasiyası kimi xarakterizə olunur.

Fuqas minaları nəticəsində yaranan ikinci dərəcəli yaralanmalara tez-tez minanın partlaması nəticəsində səpələnən qəlpələr səbəb olur. Bunlar minanın üstündə olan torpaq və daşlardan, qurban ayaqqabısının hissələrindən və qurbanın ayağındakı kiçik sümüklərdən ibarətdir. Bu, oxşar ikinci partlayış effektlərinə və ya parçalanmaya xas olan yaralar yaradır. “Partlayış botinkaları” deyilən xüsusi ayaqqabılar minaların dağıdıcı təsirlərindən yalnız orta dərəcədə qoruyur və bir ayağın itirilməsi ilə nəticələnə bilər.

Piyada əleyhinə minaların zirehli maşınlara təsiri azdır, ancaq birbaşa minanın üstündən keçərsə təkərli nəqliyyat vasitəsinə zərər verə bilər. Kiçik fuqas minaları bir təkərə ciddi şəkildə zərər verə və onu düzəlməz hala gətirə bilər.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Piyada Əleyhinə Minalar: Onların top mərmilərinə inteqrasiya edilərək yerləşdirilməsi də mümkündür (ARAŞDIRMA)

2021/06/0-1623318783.jpg
Oxunub: 2445     14:10     10 İyun 2021    

Bizi "telegram"da izləyin