“Qarabağla əlaqədar gündəlik iş aparılır” - Zaxarova

2019/11/Untit-1573804005.jpg
Oxunub: 3423     16:30     03 İyun 2021    
Qarabağ məsələsi ilə bağlı işlər gündəlik həyata keçirilir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "İzvestiya"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri ilə məsləhətləşmələr və danışıqlar davam edir. Xarici işlər nazirlikləri ilə səfirliklər vasitəsilə demək olar ki, hər gün qarşılıqlı əlaqə qurulur.

"Bu vəziyyətin həlli üçün həm qarşıdurmanın kəskin mərhələsində, həm də sonrakı dövrdə ölkəmiz tərəfindən böyük səylər ortaya qoyulub", - deyə Zaxarova vurğulayıb.

XİN rəsmisi söhbətin yalnız siyasi və diplomatik deyil, həm də Rusiya rəhbərliyinin şəxsi səylərindən getdiyini deyib: "Əlbəttə ki, bu məsələdə sülhməramlılarımızın rolunu qiymətləndirməmək mümkün deyil".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


“Qarabağla əlaqədar gündəlik iş aparılır” - Zaxarova

2019/11/Untit-1573804005.jpg
Oxunub: 3424     16:30     03 İyun 2021    
Qarabağ məsələsi ilə bağlı işlər gündəlik həyata keçirilir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "İzvestiya"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, xarici işlər nazirləri ilə məsləhətləşmələr və danışıqlar davam edir. Xarici işlər nazirlikləri ilə səfirliklər vasitəsilə demək olar ki, hər gün qarşılıqlı əlaqə qurulur.

"Bu vəziyyətin həlli üçün həm qarşıdurmanın kəskin mərhələsində, həm də sonrakı dövrdə ölkəmiz tərəfindən böyük səylər ortaya qoyulub", - deyə Zaxarova vurğulayıb.

XİN rəsmisi söhbətin yalnız siyasi və diplomatik deyil, həm də Rusiya rəhbərliyinin şəxsi səylərindən getdiyini deyib: "Əlbəttə ki, bu məsələdə sülhməramlılarımızın rolunu qiymətləndirməmək mümkün deyil".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin