Ukrayna yeni qoşun növü yaradacaq

2021/05/90883-1621087197.jpg
Oxunub: 1653     14:44     15 May 2021    
Ukrayna prezidenti Volodimir Zelenski milli kiber qoşun bölməsinin yaradılması haqqında fərmanı imzalamağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Ukrayna" telekanalının efirində bildirib.

"Bu qərar iclasda iştirak edən 21 üzvün hamısı tərəfindən yekdilliklə dəstəklənib. Düşünürəm ki, yaxın vaxtlarda prezidentin bununla bağlı fərmanı olacaq", - A.Danilov qeyd edib.

Şuranın katibinin sözlərinə görə, ötən gün keçirilən qapalı iclasda səkkiz məsələ müzakirə edilib. Onların arasında Ukraynanın kibertəhlükəsizliyi strategiyası, həmçinin ölkənin bioloji təhlükəsizliyi mövzuları da var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Qoşun  

Ukrayna yeni qoşun növü yaradacaq

2021/05/90883-1621087197.jpg
Oxunub: 1654     14:44     15 May 2021    