“Həmas” Tel-Əvivə raket zərbələri endirdi

2021/05/17318-1621086911.jpg
Oxunub: 853     15:56     15 May 2021    
“Həmas” hərəkatının silahlı qanadı olan “Əl-Qəssam briqadası” Tel-Əvivə onlarla raket atdıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, "Həmas"ın açıqlamasına görə, bununla İsrailin Qəzza zolağında yerləşən qaçqın düşərgəsinə etdiyi hava hücumuna cavab verilib.

Polisin yaydığı məlumata əsasən, iki raket Tel-Əvivin ətrafına düşüb və əraziyə zərər vurub. Polis əməkdaşları hadisə yerində işləyirlər. İlkin məlumatlara görə, zərbələr nəticəsində bir nəfər ölüb.

Bundan əlavə, “Əl-Qəssam briqadası" sərhəd yaxınlığındakı İsrail əsgərlərinə hücum etdiklərini bildirib. Bu məqsədlə partlayıcı vasitə quraşdırılan drondan istifadə olunub.

Qeyd edək ki, İsrailin paytaxtı Tel-Əviv şəhərində Qəzza zolağından endirilən ardıcıl raket hücumları ilə əlaqədar həyəcan siqnalı verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qəzza   İsrail  

“Həmas” Tel-Əvivə raket zərbələri endirdi

2021/05/17318-1621086911.jpg
Oxunub: 854     15:56     15 May 2021    