İsrail Qəzza ilə sərhədə əlavə hərbi qüvvələr göndərir

2021/05/5d4e4-1620924240.jpg
Oxunub: 931     19:11     13 May 2021    
İsrail dövləti Qəzza ilə sərhədə əlavə hərbi dəstək qüvvələri göndərir.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmiləri məlumat veriblər.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus deyib: "Sərhədə doğru irəliləyən hərbi birləşmələrimiz var. Bu hazırlıq addımıdır".

Onun sözlərinə görə, ehtiyatda olan 3000 hərbçi orduya çağırılıb, sərhəddə hərbi rəsmilər hökumət tərəfindən bütün hadisələrə və gərginliyə hazır olmaq barədə təlimatlandırılıb.

"Onlar döyüş üçün oradadırlar", - deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü vurğulayıb.

Xatırladaq ki, İsrail Qəzzada 2008-2009-cu illərdə və 2014-cü ildə də oxşar quru əməliyyatları aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Qəzza  

İsrail Qəzza ilə sərhədə əlavə hərbi qüvvələr göndərir

2021/05/5d4e4-1620924240.jpg
Oxunub: 932     19:11     13 May 2021    