Məktəblilər təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər - FOTOLAR

2021/05/f392e-1620739069.jpg
Oxunub: 991     16:31     11 May 2021    
"2020-2021-ci tədris ilində hərbi vətənpərvərlik tərbiyəsinin təşkili və hərbi idman oyunlarının keçirilməsi üçün hərbi hissələrlə qarşılıqlı əlaqələr” planına uyğun olaraq keçirilən məşğələlər davam edir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Naxçıvan şəhəri və Sədərək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər.

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən məşğələlərdə məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin və onların hərbi biliklərinin artırılmasının əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

Məşğələlərdə müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Məktəblilər atıcı silahların hissə və mexanizmləri, natamam sökülüb-yığılması haqqında geniş məlumat aldıqdan sonra avtomatdan praktiki atışlar yerinə yetiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-Nazirliyi  

Məktəblilər təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər - FOTOLAR

2021/05/f392e-1620739069.jpg
Oxunub: 992     16:31     11 May 2021    