Ceyhun Bayramov: Ermənistan sülh prosesini pozur

2020/10/42454-1603512052.jpg
Oxunub: 2529     14:05     11 May 2021    
Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir. Ölkəmiz çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 1600 cəsəd Ermənistan tərəfinə təhvil verilib.

C.Bayramov əlavə edib ki, Rusiyanın rolunu və fəaliyyətini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndiririk:

"Ermənistan tərəfi sülh prosesini pozmaqda davam edir. Onların mövqeyi bölgədəki vəziyyətin normallaşmasına xidmət etmir. 2020-ci ilin sonunda Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə soxularaq hərbçiləri və mülki şəxsləri öldürməsi əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması faktıdır. Ermənistan Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir. Erməni tərəfi hələ də minalanmış ərazilərin xəritələrini təqdim etmir və eyni zamanda, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən imtina edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan  

Ceyhun Bayramov: Ermənistan sülh prosesini pozur

2020/10/42454-1603512052.jpg
Oxunub: 2530     14:05     11 May 2021    