Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib - YENİLƏNİB

2021/04/16179-1617901983.jpg
Oxunub: 1389     15:48     10 May 2021    
Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.

Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.

Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

***
Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Telefon danışığı zamanı Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin, müxtəlif səviyyələrdə gələcək təmasların davam etdirilməsi barədə razılığa gəlinib”, - deyə açıqlamada bildirilib.

Bundan əlavə, telefon danışığı zamanı prezidentlər bir-birlərini İkinci Dünya Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə təbrik edib, hər iki ölkədən qurbanların xatirəsinə ehtiramlarını bildirib, misilsiz qəhrəmanlıq göstərən veteranlara dərin minnətdarlıqlarını ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya  

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib - YENİLƏNİB

2021/04/16179-1617901983.jpg
Oxunub: 1390     15:48     10 May 2021    