Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib- FOTOLAR

2021/05/mn_00-1620544527.jpg
Oxunub: 972     10:51     09 May 2021    
Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin zabitləri faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüş iştirakçılarını general-polkovnik Zakir Həsənovun adından salamlayan polkovnik Elvin Əzizov Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.
Tədbirdə veteranların müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsi, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsi yüksək qiymətləndirilib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən danışıblar.
İkinci Dünya müharibəsi veteranları Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-Nazirliyi   Veteranlar  

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib- FOTOLAR

2021/05/mn_00-1620544527.jpg
Oxunub: 973     10:51     09 May 2021    

Bizi "telegram"da izləyin