Şuşada 31 bina növbəti mövsümdə istiliklə təmin ediləcək - SƏRƏNCAM

2021/05/4eefc-1620482875.jpg
Oxunub: 1877     17:58     08 May 2021    
Prezident İlham Əliyev Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, sərəncamla Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Şuşada 31 bina növbəti mövsümdə istiliklə təmin ediləcək - SƏRƏNCAM

2021/05/4eefc-1620482875.jpg
Oxunub: 1878     17:58     08 May 2021    