Erməni hərbi qulluqçu qəza törədib, yaralılar var

2021/04/95564-1618988452.jpg
Oxunub: 537     11:21     08 May 2021    
Mayın 7-də Ermənistanın Kotayk vilayətində böyük avtoqəza baş verib.

Ordu.az xəbər verir ki, saat 13:20 radələrində Nor Hatsn şəhərinin sakini, 19 yaşlı Abov Bağdasaryan idarə etdiyi “Grand Cherokee” markalı avtomobillə Yeğvard-Nor Qeği avtomobil yolunun 1-ci km hissəsində yolun hərəkət zolağından çıxıb və bir neçə dövrə vuraraq yanı üstə çevrilmiş vəziyyətdə sahəlik əraziyə düşüb.

Məlumata görə, qəza nəticəsində sürücü A.Bağdasaryan və onun sərnişini, 18 yaşlı Arsen Qazaryan bədən xəsarətləri ilə “Armenia” tibb mərkəzinə yerləşdirilib.

Qeyd olunur ki, sürücü A.Bağdasaryan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli hərbi qulluqçu kimi qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Erməni hərbi qulluqçu qəza törədib, yaralılar var

2021/04/95564-1618988452.jpg
Oxunub: 538     11:21     08 May 2021    
Mayın 7-də Ermənistanın Kotayk vilayətində böyük avtoqəza baş verib.

Ordu.az xəbər verir ki, saat 13:20 radələrində Nor Hatsn şəhərinin sakini, 19 yaşlı Abov Bağdasaryan idarə etdiyi “Grand Cherokee” markalı avtomobillə Yeğvard-Nor Qeği avtomobil yolunun 1-ci km hissəsində yolun hərəkət zolağından çıxıb və bir neçə dövrə vuraraq yanı üstə çevrilmiş vəziyyətdə sahəlik əraziyə düşüb.

Məlumata görə, qəza nəticəsində sürücü A.Bağdasaryan və onun sərnişini, 18 yaşlı Arsen Qazaryan bədən xəsarətləri ilə “Armenia” tibb mərkəzinə yerləşdirilib.

Qeyd olunur ki, sürücü A.Bağdasaryan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli hərbi qulluqçu kimi qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin