Erməni deputat: "BQ-nin informasiya şöbəsinin rəisi Samvel Asatryan düzgünlük sərhədlərini keçib"

2021/05/Gevor-1620388409.jpg
Oxunub: 836     17:52     07 May 2021    
"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının inzibati aparatının informasiya şöbəsinin rəisi Samvel Asatryan Baş Qərargah rəisi Artak Davtyana dəstək olaraq, düzgünlük sərhədlərini keçərək bəyanat yayıb".

Ordu.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistan parlamentinin "İşıqlı Ermənistan" fraksiyasının katibi Gevorq Qorqisyan yazıb.

"Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının və Dördgünlük aprel müharibəsinin detallarını araşdıran istintaq komissiyasının üzvü olaraq iddia edirəm ki, istintaq komissiyasının işləri zamanı Artak Davtyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin (xidmətə qarşı səhlənkar münasibət), müəyyən halların aşkara çıxması halında isə 299-cu maddənin (dövlət xəyanəti) xüsusiyyətləri ilə cinayət işi açmaq üçün kifayət qədər faktlar aşkara çıxarılıb. Qeyd etdiyim faktlara komissiyada işləmiş hakim deputatlar da yaxşı bələddirlər, komissiyanın sədri Andranik Köçəryan belə danışıb", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Erməni deputat: "BQ-nin informasiya şöbəsinin rəisi Samvel Asatryan düzgünlük sərhədlərini keçib"

2021/05/Gevor-1620388409.jpg
Oxunub: 837     17:52     07 May 2021    
"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının inzibati aparatının informasiya şöbəsinin rəisi Samvel Asatryan Baş Qərargah rəisi Artak Davtyana dəstək olaraq, düzgünlük sərhədlərini keçərək bəyanat yayıb".

Ordu.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistan parlamentinin "İşıqlı Ermənistan" fraksiyasının katibi Gevorq Qorqisyan yazıb.

"Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının və Dördgünlük aprel müharibəsinin detallarını araşdıran istintaq komissiyasının üzvü olaraq iddia edirəm ki, istintaq komissiyasının işləri zamanı Artak Davtyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin (xidmətə qarşı səhlənkar münasibət), müəyyən halların aşkara çıxması halında isə 299-cu maddənin (dövlət xəyanəti) xüsusiyyətləri ilə cinayət işi açmaq üçün kifayət qədər faktlar aşkara çıxarılıb. Qeyd etdiyim faktlara komissiyada işləmiş hakim deputatlar da yaxşı bələddirlər, komissiyanın sədri Andranik Köçəryan belə danışıb", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin