Ermənistan TŞ katibi: “Biz çiyələklə silahlandırmamışıq”

2021/02/qriqo-1613545559.jpg
Oxunub: 1093     16:25     07 May 2021    
“Hraparak” nəşri dünən Ermənistan hökumətinin iclasından sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan soruşub ki, o, Nikol Paşinyanın ifadə etdiyi bütün fikirləri, tribunadan verdiyi siyasi bəyanatları bölüşür?

Cavab olaraq Qriqoryan deyib ki, Nikol Paşinyan onun rəhbəridir və o, Paşinyanın bəyanatlarını rəhbər tutur.

Nəşrin “Siz Paşinyanın parlament tribunasından Robert Köçəryan və Serj Sarkisyana müraciət edərək verdiyi “Xain sizsiniz, torpaqverən sizsiniz, kapitulyant sizsiniz” bəyanatı ilə razısınız?” sualına Qriqoryan qısa şəkildə cavab verib ki, birmənalı şəkildə razıdır.

“Bir dəqiqə, biz çiyələklə silahlandırmamışıq, tezliklə 2016-2018-ci illə müqayisədə 2018-2020-ci illərdə hakimiyyətimizin nələr etdiyini açıqlayacağıq. Demək olar bütün istiqamətlərdə silahlanmanı artırmışıq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  


Ermənistan TŞ katibi: “Biz çiyələklə silahlandırmamışıq”

2021/02/qriqo-1613545559.jpg
Oxunub: 1094     16:25     07 May 2021    
“Hraparak” nəşri dünən Ermənistan hökumətinin iclasından sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan soruşub ki, o, Nikol Paşinyanın ifadə etdiyi bütün fikirləri, tribunadan verdiyi siyasi bəyanatları bölüşür?

Cavab olaraq Qriqoryan deyib ki, Nikol Paşinyan onun rəhbəridir və o, Paşinyanın bəyanatlarını rəhbər tutur.

Nəşrin “Siz Paşinyanın parlament tribunasından Robert Köçəryan və Serj Sarkisyana müraciət edərək verdiyi “Xain sizsiniz, torpaqverən sizsiniz, kapitulyant sizsiniz” bəyanatı ilə razısınız?” sualına Qriqoryan qısa şəkildə cavab verib ki, birmənalı şəkildə razıdır.

“Bir dəqiqə, biz çiyələklə silahlandırmamışıq, tezliklə 2016-2018-ci illə müqayisədə 2018-2020-ci illərdə hakimiyyətimizin nələr etdiyini açıqlayacağıq. Demək olar bütün istiqamətlərdə silahlanmanı artırmışıq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  


Bizi "telegram"da izləyin