ABŞ-ın ermənilərlə bağlı qondarma bəyanatı və Rusiyanın təbliğat maşını

2021/05/00-31-1620379775.jpg
Oxunub: 1134     16:12     07 May 2021    
ABŞ Prezidenti Co Baydenin aprel ayında 1915-ci ildə baş verən hadisələri “soyqırımı” (qondarma-red.) kimi tanıması Rusiyanın ekspert dairələrində geniş işıqlandırıldı və müxtəlif şərhlər verildi.

Kremlin rəsmi mövqeyini Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqladı. Peskov jurnalistlərə açıqlamasında bildirdi ki, Baydenin bəyanatı ABŞ-ın daxil işidir.

Rusiyanın həmin gün rəsmi olaraq ermənilərə heç bir mesaj göndərməməsi də diqqət çəkir.

“1in.am” nəşri yazır ki, bunun əvəzinə sürətlə təkan götürən rus təbliğat maşını Bayden administrasiyasının “soyqırımı” bəyanatını kəskin şəkildə tənqid etməklə çoxsaylı təbliğat tezisi yaratdı.

“Bunlardan ən geniş yayılanları aşağıda təqdim olunur:

“44 günlük müharibə zamanı ABŞ harada idi?” “ABŞ ermənilərlə maraqlanmır”

Baydenin bəyanatı ilk olaraq “Russia Today” dövlət xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan tərəfindən tənqid olundu və bunu bir əsrdən sonra ermənilərə atılan “qırıntı” olaraq xarakterizə edilmişdi. Həmçinin Simonyan “Müharibə zamanı ABŞ harada idi?” manipulyasiya məqsədli sualı da ortaya atıb.

“Amerika, bu payız haradaydın? Barmağını barmağına vurmusan? Xeyr. Amerika elitasının ermənilərə münasibəti barədə bilmək lazım olan hər şey budur. Bu, nə yaxşı, nə də pis olmaqla, mövcud deyil”, - deyə Simonyan teleqram kanalında yazıb, daha sonra “ədalət tələb edənləri” bunun əvəzinə Krımı tanımağa çağırış edib.

Rusiyanın “Rossiya” federal televiziya kanalında yayımlanan “Solovyovla axşam” verilişi zamanı Moskva Dövlət Universitetinin Dünya Siyasət Fakültəsinin dekanı Andrey Sidorov da açıqlama verərək deyib: “Amerikalılar ermənilərlə, Ermənistanla maraqlanmırlar”.

Bununla yanaşı, o, eyni zamanda Cənubi Qafqazda Rusiyanın təsiri ilə bağlı ziddiyyət içində olan ABŞ üçün Ermənistanın potensial bir obyekt olduğunu qeyd edib.

“Nativi”nin (keçmiş SSRİ, Şərqi Avropada yaşayan yəhudilərlə işləyən İsrail dövlət qurumu) keçmiş lideri və Rusiyanın hakim “Vahid Rusiya” partiyasının üzvü Oleq Tkaça aid “Olma Media Group”un uzun müddət analitiki olan Yakov Kedmi, Baydenin mesajını “ermənilərin xatirəsinə yönəlmiş təhqir” adlandırıb. Politoloq, eyni zamanda ABŞ-ın Türkiyənin dəstəyi ilə Azərbaycanın başlatdığı müharibə zamanı ermənilər üçün heç bir şey etmədiyini vurğulayıb.

Qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğuna məhəl qoymadan, Ermənistanda da Kremlin təbliğatçılarına dəstək verilib. Məsələn, “5-ci Kanal” efirində aparıcı, Baydenin 44 günlük müharibə dövründə “Azərbaycanı qınamadığı üçün yəqin ki, özünü günahkar hiss etmədiyini” bildirib.

“ABŞ Paşinyanı dəstəkləyir”

Rus ekspert dairələri Baydenin bəyanatını Ermənistandakı daxili siyasi proseslərin inkişafları ilə də əlaqələndirirdi. Baydenin “erməni hakimiyyət mənsublarının rəğbətini qazanmasına üstünlük verməsi” tezisi fəal şəkildə yayılırdı və qarşıdan gələn növbədənkənar seçkilərdə Nikol Paşinyan rejiminə dəstək ifadəsi kimi qiymətləndirilirdi.

Belə bir fikri rusiyalı şərqşünas və “Rossiya” televiziyasının siyasi-analitik layihələrinin daimi şərhçilərindən biri olan Yevgeny Satanovski “çox ehtimal ki, seçkilərdən əvvəl Paşinyana dəstək olmaq lazım idi” deyə israrla bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dosenti Vladimir Avatkov “Solovyovla axşam” verilişi zamanı, bu addımla ABŞ-ın Ermənistandakı növbədənkənar seçkilər fonunda mövqelərini gücləndirdiyinə inandığını bildirib.

“Burada ən böyük səfirliyi olduğunu qeyd etdiyiniz kimi (aparıcıya müraciət edərkən - red.), Ermənistanda özünü (ABŞ - red.) gücləndirməyi hədəfləyir. Fransanın uğursuzluqları fonunda, “uğursuzluq” dedikdə, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam, amerikalılar qarşıdakı seçkilərdə təsirlərini (Ermənistanda - red.) bərpa etməyə və gücləndirməyə çalışırlar”, - deyə Avatkov bildirib.

Bu tezis erməni mediasında da yayımlanıb.

“Milli Təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyan, hətta seçki öncəsi dövrdə “Türkiyənin və Azərbaycanın maliyyələşdirdiyi Paşinyanı dəstəkləyəcəyi” üçün Baydenin “soyqırımı”nın (qondarma-red.) tanınması məsələsində Ərdoğanla razılıq əldə olunduğunu iddia edib.

ABŞ Türkiyəni Rusiya ilə yaxınlaşdığı üçün cəzalandırır

Baydenin “soyqırımı”nı tanıması xəbərləri Rusiya televiziyalarında əsasən Rusiya ilə münasibətlər kontekstində təqdim edilib.

Xüsusilə, “Russia 24” federal kanalının yayımladığı xəbərlər verilişlərində şərhçi ABŞ-ın “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə yaxşı qonşuluq münasibətlərindən imtina etməsi üçün mümkün olan hər şeyi etdiyini” xatırladıb. Həmin telekanalın şərhçisi Dmitri Kisilyov, ABŞ-ın “Türkiyəni müstəqil xarici siyasətinə görə, xüsusən də Rusiyanın S-400 zenit-raket komplekslərinin alınmasına görə cəzalandırdığını” vurğulayəb.

Anti-Rusiya dalğası, Rusiyanın təsirinin zəifləməsi və “sorosçular”

Mövzu ilə bağlı təhlillərdə və müzakirələrdə Ermənistanda növbəti anti-Rusiya dalğasının yüksəlməsi, cəmiyyətin Qərbə istiqamətlənməsi ilə bağlı narahatlıqlar qırmızı xətt kimi keçirdi.

Bu kontekstdə Rusiya təbliğat maşını yenidən Ermənistan vətəndaş cəmiyyətini və qeyri-hökumət təşkilatlarını hədəf almış və damğalamışdı.

Məsələn, “Solovyov LIVE” verilişi zamanı politoloq Simyon Bağdasarov əvvəlcə Ermənistanda bu məsələnin ABŞ-ın xeyrinə Rusiyaya qarşı idarə olunacağına əminliyini bildirmişdi.

Ermənistan əhalisinin mütləq əksəriyyəti rusiyapərəstdir, əlbətdə ki, kiçik bir digər təbəqə var ki, bunlara da Amerika yanlısı münasibət bəsləyən “sorosçular” deyirik. “Bu kartı oynayacaqlar, onlardan bəziləri də hakimiyyətin tərkibindədir” deyən Bağdasarov, Rusiyanı Cənubi Qafqazdan qovmaq üçün bir geosiyasi oyunun oynandığını və Baydenin hərəkətlərinin bu baxımdan analiz edilməli olduğunu qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı tərəfindən yayımlanan “Amerika Təpələri” verilişi zamanı Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Dmitri Yeqorçenkov da Qərbin aləti olaraq Ermənistan vətəndaş cəmiyyətindən bəhs edib. İddiaya görə, ABŞ bu təsir mexanizmindən istifadə edərək Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaqla, Ermənistandakı maraqlarını inkişaf etdirib önə çəkmək istəyir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   MN   Ermənistan   Böhran   ABŞ   Peskov  

ABŞ-ın ermənilərlə bağlı qondarma bəyanatı və Rusiyanın təbliğat maşını

2021/05/00-31-1620379775.jpg
Oxunub: 1135     16:12     07 May 2021    

Bizi "telegram"da izləyin