Erməni politoloq: “Lavrov tərəfindən Zəngəzur dəhlizinə toxunuş Azərbaycan və Türkiyəyə mesajdır”

2021/05/45454-1620377168.jpg
Oxunub: 1492     14:09     07 May 2021    
“Danışıqlar zamanı ən vacib məsələ təbii olaraq əsirlər problemi ilə əlaqəlidir, geosiyasi baxımdan isə kommunikasiyaların açılması məsələsi hədsiz dərəcədə vurğulanır ki, bu da yeni imkanlarla birlikdə yeni təhlükələr də gətirəcək qlobal dəyişiklikləri nəzərdə tutur”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, Lavrov tərəfindən Zəngəzur dəhlizinə toxunuş etmək əslində təkcə Azərbaycana yox, həm də Türkiyəyə yönəlmiş mesajdır.

“Çünki Rusiya Xarici İşlər naziri qeyd edib ki, kommunikasiyaların açılması könüllü şəkildə, məcburiyyət olmadan baş verməlidir”, - deyə Danielyan bildirib.

Onun sözlərinə görə, belə bir təəssürat var ki, necə işlərin getdiyi ilə bağlı təkcə erməni tərəfinin yox, həm də rus tərəfinin qane olmadığı hansısa problemlər var.

“Güman etmək olar ki, kimlərin nəzarət edəcəkləri, hansı statusa sahib olacaqları və hansı yolların açılacağı ilə bağlı yollara nəzarət məsələsi prioritet müzakirə mövzusuna çevrilib”, - deyə erməni politoloq qeyd edib.

Danielyanın sözlərinə görə, əsirlər məsələsi artıq siyasi xarakter alıb və o, Azərbaycan tərəfindən Ermənistana və erməni xalqına psixoloji təzyiq göstərmək üçün siyasi məqsədlərlə istifadə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Azərbaycan   Türkiyə   Lavrov  


Erməni politoloq: “Lavrov tərəfindən Zəngəzur dəhlizinə toxunuş Azərbaycan və Türkiyəyə mesajdır”

2021/05/45454-1620377168.jpg
Oxunub: 1493     14:09     07 May 2021    
“Danışıqlar zamanı ən vacib məsələ təbii olaraq əsirlər problemi ilə əlaqəlidir, geosiyasi baxımdan isə kommunikasiyaların açılması məsələsi hədsiz dərəcədə vurğulanır ki, bu da yeni imkanlarla birlikdə yeni təhlükələr də gətirəcək qlobal dəyişiklikləri nəzərdə tutur”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, Lavrov tərəfindən Zəngəzur dəhlizinə toxunuş etmək əslində təkcə Azərbaycana yox, həm də Türkiyəyə yönəlmiş mesajdır.

“Çünki Rusiya Xarici İşlər naziri qeyd edib ki, kommunikasiyaların açılması könüllü şəkildə, məcburiyyət olmadan baş verməlidir”, - deyə Danielyan bildirib.

Onun sözlərinə görə, belə bir təəssürat var ki, necə işlərin getdiyi ilə bağlı təkcə erməni tərəfinin yox, həm də rus tərəfinin qane olmadığı hansısa problemlər var.

“Güman etmək olar ki, kimlərin nəzarət edəcəkləri, hansı statusa sahib olacaqları və hansı yolların açılacağı ilə bağlı yollara nəzarət məsələsi prioritet müzakirə mövzusuna çevrilib”, - deyə erməni politoloq qeyd edib.

Danielyanın sözlərinə görə, əsirlər məsələsi artıq siyasi xarakter alıb və o, Azərbaycan tərəfindən Ermənistana və erməni xalqına psixoloji təzyiq göstərmək üçün siyasi məqsədlərlə istifadə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Azərbaycan   Türkiyə   Lavrov  


Bizi "telegram"da izləyin