Bir neçə gün öncə Azərbaycanın azad etdiyi erməni əsiri orduya çağıracaqlar

2021/05/45454-1620376843.jpg
Oxunub: 1118     12:43     07 May 2021    
“Ötən gün Azərbaycan əsirliyindən qayıtmış 19 yaşlı Robert Vardanyan hələ Muratsan hospitalındadır. Robert Hadrutda mühasirəyə düşmüş və müharibənin başa çatmasından sonra noyabrın 28-29-da əsir götürülmüş dörd oğlanla birlikdə olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vəkili Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, Robertin atası Hayk bildirdi ki, onlar oğlanların əsirlikdə olduqlarını yalnız Azərbaycan teleqram kanallarında yayılmış məlum videodan biliblər.

“Və indi, atanın bildirdiyi kimi, oğlunun hələ də ciddi müalicəyə ehtiyacı var.

Robertin atası niyə mənə müraciət etmişdi? Çünki eşitmişdi ki, yaxın gələcəkdə yeni çağırışçı olan oğlunu yenə qulluğa aparmalıdırlar. Ata iddia edir ki, oğlu elə bir fiziki və xüsusən də psixoloji vəziyyətdədir ki, qulluğu davam etdirə bilməz”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Zöhrabyan   Ermənistan-ordusu   Ermənistan   MN   Böhran  

Bir neçə gün öncə Azərbaycanın azad etdiyi erməni əsiri orduya çağıracaqlar

2021/05/45454-1620376843.jpg
Oxunub: 1119     12:43     07 May 2021    