ABŞ Əfqanıstandan çəkilmək üçün bölgəyə əlavə qüvvələr göndərir

2021/05/asfas-1620373163.jpg
Oxunub: 754     14:13     07 May 2021    
ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Əfqanıstandan çıxarkən Amerika və NATO əsgərlərini qorumaq üçün bölgəyə əlavə qüvvələr göndərir.

Ordu.az xəbər verir ki, əlavə qüvvələrlə birlikdə Əfqanıstana ağır bombardmançı və döyüş təyyarələri də göndərilir.

Digər tərəfdən, son vaxtlar Əfqanıstanda şiddət artmaqdadır. Ötən həftə bomba yüklü avtomobilin partladılması nəticəsində əksəriyyəti tələbələr olmaqla 30 nəfər ölüb, 110 nəfər yaralanıb.

Keçən il Tramp administrasiyası ilə imzalanan müqaviləyə görə ABŞ bu il mayın 1-də qoşunlarını geri çəkməli idi və “Taliban” bu müddətdə xarici əsgərlərə hücum etməmək öhdəliyini öz üzərinə götürdü. “Taliban” qiyamçıları artıq beynəlxalq güclərə hücum etməmək məcburiyyətində olmadığını iddia edir.

ABŞ ordusu 2500 hərbi qulluqçu və 16 min müqaviləli işçinin geri çəkilməsi prosesi zamanı onları müdafiə etmək üçün 6 ədəd B-52 uzun mənzilli bombardmançı və 12 ədəd F-18 döyüş təyyarəsini Əfqanıstana göndərib.

ABŞ-ın Baş Qərargah rəisi Mark Milli “Taliban”ın gündə 80-120 dəfə Əfqanıstan hökumətinin hədəflərinə hücum etdiyini, amma ABŞ və koalisiya əsgərlərinə hücum olmadığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan   Taliban   NATO  

ABŞ Əfqanıstandan çəkilmək üçün bölgəyə əlavə qüvvələr göndərir

2021/05/asfas-1620373163.jpg
Oxunub: 755     14:13     07 May 2021    

Bizi "telegram"da izləyin