NATO may-iyun aylarında 9000 hərbi qulluqçu ilə birgə hərbi təlimlər keçirəcək

2021/04/6788-1617612226.jpg
Oxunub: 1214     17:00     07 May 2021    
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 20 may-22 iyun tarixləri arasında 9000-ə qədər hərbi qulluqçunun iştirak edəcəyi hərbi təlimlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş Qərargahının rəsmisi, general-leytenant Bris Hudet məlumat verib.

“Steadfast Defender 2021” adlı hərbi təlimlər NATO-nun cənub qanadında, xüsusən Rumıniya, Macarıstan, Bolqarıstan və Portuqaliyada keçirləcək.

Təlimlərdə Britaniyanın aviadaşıyıcı qrupu da daxil olmaqla bir çox ölkənin donanması və digər qüvvələri iştirak edəcək.

NATO rəsmisi bildirib ki, Avropadakı müttəfiqlərini dəstəkləmək üçün təlimlərin dəniz hissəsi zamanı Atlantik Okeanı boyunca ABŞ-dan əlavə qüvvələrin strateji şəkildə yerləşdirilməsi həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Steadfast-Defender-2021   Rumıniya   Macarıstan  


NATO may-iyun aylarında 9000 hərbi qulluqçu ilə birgə hərbi təlimlər keçirəcək

2021/04/6788-1617612226.jpg
Oxunub: 1215     17:00     07 May 2021    
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 20 may-22 iyun tarixləri arasında 9000-ə qədər hərbi qulluqçunun iştirak edəcəyi hərbi təlimlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş Qərargahının rəsmisi, general-leytenant Bris Hudet məlumat verib.

“Steadfast Defender 2021” adlı hərbi təlimlər NATO-nun cənub qanadında, xüsusən Rumıniya, Macarıstan, Bolqarıstan və Portuqaliyada keçirləcək.

Təlimlərdə Britaniyanın aviadaşıyıcı qrupu da daxil olmaqla bir çox ölkənin donanması və digər qüvvələri iştirak edəcək.

NATO rəsmisi bildirib ki, Avropadakı müttəfiqlərini dəstəkləmək üçün təlimlərin dəniz hissəsi zamanı Atlantik Okeanı boyunca ABŞ-dan əlavə qüvvələrin strateji şəkildə yerləşdirilməsi həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Steadfast-Defender-2021   Rumıniya   Macarıstan  


Bizi "telegram"da izləyin