Müdafiə Sənayesi naziri: “Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”

2021/05/34-1620299008.jpg
Oxunub: 4565     15:03     06 May 2021    
"Yeri gəlmişkən qeyd edim ki, ümummilli liderin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, hər bir azərbaycanlı kimi, mənə də torpaqlarımızın işğaldan azad edilməsini görmək sevincini və qələbə qürurunu yaşatdı. Vətən müharibəsi günlərində biz - həyatda olan Milli Qəhrəmanlar da rəşadətli ordumuzun yanında, Ali Baş Komandanın əmrində olduğumuzu bəyan etdik".

Ordu.az xəbər verir ki, bu, Müdafiə Sənayesi naziri Mədət Quliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Nazir qeyd edib ki, ulu öndərin müstəsna xidmətləri sayəsində yaranıb formalaşmış, cənab İlham Əliyevin rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz, mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək bizim hər birimizin başını uca etdilər.

"Möhtərəm Prezidentimizin bu çox məsul və taleyüklü dövrdə rəhbərliyini mənə etibar etdiyi müdafiə sənayesi də düşmən üzərində parlaq qələbənin əldə olunmasına öz töhfəsini verdi. Silahlı Qüvvələrimizin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmasında müdafiə sənayesi müəssisələri fəal iştirak edirlər.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev düşmən üzərində qələbəni şərtləndirən amilləri diqqətə çatdırarkən ordumuzun gücləndirilməsi və ən müasir silahlarla təchiz edilməsi məsələsinə toxunmuş, heç də asan olmayan bu məsələnin həllində ölkəmizin müdafiə sənayesinin rolunu yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı demişdir: “Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz...”.

Onu da vurğulamaq istərdim ki, yerli istehsaldan olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi. Gərgin döyüşlərin getdiyi dövrdə birlik və müəssisələrimiz fasiləsiz iş rejimində çalışırdılar. Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı. İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİQOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”, - deyə nazir Mədət Quliyev qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN  

Müdafiə Sənayesi naziri: “Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”

2021/05/34-1620299008.jpg
Oxunub: 4566     15:03     06 May 2021    

Bizi "telegram"da izləyin