“Azərbaycan kiçik və orta çaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir” - Nazir

2019/06/34534-1561707851.jpg
Oxunub: 5928     14:56     06 May 2021    
“Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılsa da, bu sənaye sahəsinin Azərbaycanda təşəkkül tapması dahi rəhbər Heydər Əliyevin mühüm xidmətlərindəndir”.

Ordu.az xəbər verir ki, bu, Müdafiə Sənayesi naziri Mədət Quliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Nazir qeyd edib ki, hələ sovet hakimiyyəti zamanında respublikaya rəhbərlik edərkən o, keçmiş ittifaqın ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin burada inşa olunmasına təşəbbüs göstərib.

"Həmin dövrdə məhz onun şəxsi təşəbbüsü, nüfuzu və səyləri sayəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “Mikrosxematexnika” Xüsusi Konstruktor Bürosunun bazasında “Azon” zavodu, 1975-ci ildə isə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bakıda “Ulduz” Elm-İstehsalat Birliyi, Radio Maşınqayırma zavodu (“Robot” zavodu), Azov Optika-Mexanika zavodunun filialı (“Alov”), “Alunit” zavodu, “Rabitə” Elmi-Tədqiqat İnstitutu, sonradan bazasında “Nord” Elm-İstehsalat Birliyi yaradılan Elektromexanika İnstitutu, Gəncədə “Büllur” zavodu, Şirvan şəhərində “Araz” zavodu, Tərtərdə Lionozov Elektromexanika zavodunun filialı, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondesator” zavodları və digər belə müəssisələr Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına geniş imkanlar açmışdır.

Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir. Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və orta çaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir. Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk”, - deyə Müdafiə Sənayesi naziri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN  

“Azərbaycan kiçik və orta çaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir” - Nazir

2019/06/34534-1561707851.jpg
Oxunub: 5929     14:56     06 May 2021    

Bizi "telegram"da izləyin