“Türk dövlətləri Azərbaycanın haqq işini, erməni faşizminə qarşı mübarizəsini dəstəklədilər, xalqımızın qələbəsini alqışladılar” - Mədət Quliyev

2019/06/15610-1561115072.jpg
Oxunub: 1313     14:55     06 May 2021    
“Ulu öndərin irsinin dövlətimiz və xalqımız üçün hər zaman misilsiz əhəmiyyəti olduğunu göstərən bir məsələni də qeyd etmək istərdim. Siyasi təhlilçilərin fikrincə, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub möhkəmləndirməklə postsovet məkanında yeni yaranmış digər türk dövlətlərinin də böyük güclərin geosiyasi asılılığına, imperiya boyunduruğuna düşməsinin qarşısını alıb, onların gələcək tərəfdaşlığının, türk dünyasının birliyinin təmin olunmasında müstəsna rol oynayıb”.

Ordu.az xəbər verir ki, bu, Müdafiə Sənayesi naziri Mədət Quliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Nazir bildirib ki, bu tarixi xidmətin əhəmiyyəti 44 günlük Vətən müharibəsində bir daha özünü aydın şəkildə göstərdi.

“Türk dövlətləri Azərbaycanın haqq işini, erməni faşizminə qarşı mübarizəsini dəstəklədilər, xalqımızın qələbəsini alqışladılar. Türkiyənin qardaşcasına göstərdiyi siyasi dəstək və hərtərəfli kömək isə bu müqəddəs savaş, zəfərlə başa çatırılması üçün möhkəm zəmin oldu. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq ümummili liderimizin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” formuluna əsaslanır və milli maraqlarımızı tam təmin edir.

Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir başçılıq etdiyi nümayəndə heyəti ilə bu günlərdə Bakıda olarkən biz ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivlərini geniş müzakirə etdik, faydalı fikir mübadiləsi apardıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini və inkişaf etdirdiyini məmnunluqla qeyd etdik.

Ulu öndərin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.

Burada Azərbaycanın xaricdə yaşayan sədaqətli övladlarından biri olan Mixail Qusmanın Vətən müharibəsi ilə bağlı maraqlı müşahidəsinə və dəyərli fikrinə istinad etmək istərdim. O, Heydər Əliyevin vəfat etdiyi tarixlə ötən il Azərbaycanda hərbi vəziyyətin ləğv edildiyi tarixin üst-üstə düşməsində dərin rəmzi məna gördüyünü vurğulayaraq deyir: “Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə yekunlaşan Dağlıq Qarabağ münaqişəsi dekabrın 12-də hüquqi baxımdan başa çatdı. Əminəm ki, Heydər Əliyevin fövqəladə vacib vəsiyyətlərinin ən ülvisi Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və Ali Baş Komandan kimi qətiyyəti sayəsində, Azərbaycan ordusunun, bütövlükdə Azərbaycan xalqının səyi ilə Heydər Əliyevin arzuları çin oldu...”.

Şanlı tariximizin unudulmaz səhifəsi olan həmin 8 noyabr günündə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini mən də xatırlatmaq istərdim. Xalqımıza Şuşanın işğaldan azad edilməsi müjdəsini verən cənab Prezident dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Bu sözləri dinləyərkən yaxında-uzaqda yaşayan bütün vətənsevər azərbaycanlıların qürur və sevincdən gözləri yaşarmamış deyil... Təbii ki, bu anlarda müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin şad olan ruhuna dünyanın hər yerində bir daha rəhmət oxunurdu. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bütün nailiyyətlərinin, zəfərlərinin təməlində xalqımızın bu günü və gələcəyi üçün yeganə düzgün yolu nurlandıran Heydər Əliyev siyasəti dayanır. Məhz bu siyasət müsəqilliyimizin və inkişafımızın əbədi rəhnidir”, - deyə Müdafiə Sənayesi naziri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   Mədət-Quliyev  

“Türk dövlətləri Azərbaycanın haqq işini, erməni faşizminə qarşı mübarizəsini dəstəklədilər, xalqımızın qələbəsini alqışladılar” - Mədət Quliyev

2019/06/15610-1561115072.jpg
Oxunub: 1314     14:55     06 May 2021    

Bizi "telegram"da izləyin