Ermənistanda xarici ölkə vətəndaşları yüksək dərəcəli hərbi və siyasi vəzifələrə təyin olunur?

2018/07/768_1532435290.jpg
Oxunub: 973     17:09     06 May 2021    
“Bu yaxınlarda məlum olub ki, Ermənistan prezidenti Armen Sarkisyanın Britaniya vətəndaşlığına sahib olması işi üzrə cinayət işi açılıb, bununla bağlı şübhələr hələ 2018-ci ildə onun namizədliynin irəli sürülməsindən etibarən dövriyyəyə qoyulur”.

Ordu.az xəbər verir ki, bu barədə “1in.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilib ki, cinayət işi Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyanın müraciəti əsasında açılıb.

“Məlum olduğu kimi, Armen Sarkisyanın vətəndaşlığını məsələsini birinci qaldıranlardan biri o vaxt hələ müxalif deputat olan Nikol Paşinyan idi, lakin 2018-ci ilin aprelindən sonra Nikol Paşinyan bildirdi ki, Armen Sarkisyan Britaniya vətəndaşlığından imtina etdiyinə və Ermənistanın prezidenti vəzifəsinində yalnız Ermənistan vətəndaşı kimi olduğuna dair dəlil təqdim edib. Cinayət işinin nəyi aydınlaşdıracağı, hansı gedişata sahib olacağı bəlkə də yaxın gələcəkdə bəlli olacaq”, - deyə müəllif bildirib.

Bildirilib ki, Mikayel Harutyunyan Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargah rəisi, baş hərbi müfəttiş olub, eləcə də 2007-ci ildən Ermənisanın Müdafiə naziri vəzifəsini tutub.

“2018-ci ildə isə məlum oldu ki, o, 2002-ci ildən Ruusiya vətəndaşlığına sahib olub. Ermənistanda kimsə başqa ölkənin vətəndaşını bu vəzifələrə kimin və necə təyin etdiyini aydınlaşdırmaq üçün bu məsələni qaldıracaq?”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Ermənistanda xarici ölkə vətəndaşları yüksək dərəcəli hərbi və siyasi vəzifələrə təyin olunur?

2018/07/768_1532435290.jpg
Oxunub: 974     17:09     06 May 2021    

Bizi "telegram"da izləyin