Paşinyan və Sarkisyan Rusiyanın planlarını açıqladılar

2020/04/cb667-1586334463.jpg
Oxunub: 1155     15:44     06 May 2021    
Ermənistan Baş naziri Nikol Paşinyan Serj Sarkisyanın müsahibəsi zamanı ona qarşı irəli sürülən ittihamlara cavab verib. Paşinyan danışıqların məntiqinin 2015-ci ilin payızında və 2016-cı ilin qışında dəyişdiyini deyib.

“Serj Sarkisyan prosesi açıqlamaq qərarını veribsə, o halda zəhmət olmasa bizə 2015-ci ilin payızında və 2016-cı ilin qışında, ondan sonra 2 aprel 2016-cı il baş verməsinə səbəb olan hadisələrdən danışsın”, - deyə Paşinyan bildirib.

“Əvvəlki müsahibəsində o, aprel müharibəsinin Azərbaycanın münaqişəni Madrid prinsipləri əsasında həll etməkdən imtina etməsi anlamına gəldiyini söyləmişdi. Madrid prinsiplərindən imtina etmək referendumdan və keçid statusundan imtina etmək deməkdir. Ancaq burada ən əsas sual ortaya çıxır. 2015-ci ilin payızında və 2016-cı ilin qışında vasitəçilərin Azərbaycanın mövqeyini qorumağa başladığı ortaya çıxa bilərdimi?”, - deyə Paşinyan bildirib.

Faktiki olaraq, Paşinyan Sarkisyanı günahlandıraraq, “vasitəçilərin” müəyyən məqamda Azərbaycanın tərəfinə keçdiyini iddia edir.

“Sarkisyanı 2015-16-cı illərdə danışıqların məntiqini dəyişdirən vasitəçilərin adını çəkməyə çağırır. Xatırladaq ki, məhz həmin dövrdə Rusiyanın ATƏT-in Minsk Qrupundan kənar təşəbbüsları və “Lavrov planı” məlum olub. Məhz, həmin andan etibarən Azərbaycan Ermənistanın səsləndirdiyi bütün təkliflərə “yox” deməyə başlayıb”, - deyə Paşinyan qeyd edir.

Serj Sarkisyan 28 aprel müsahibəsi zamanı Paşinyanı ittiham edərkən faktiki olaraq Rusiyanı günahlandırıb.

“Müttəfiqimizlə üç müqaviləmiz var, həmin müqavilələrə görə üstəlik, KTMT-də bu siyahıya əlavə olunmaqla təhlükəsizliyimizi qorumaqda, birbaşa təhlükəsizliyimizi təmin etməkdə öhdəlik götürüblər”, - deyə Sarkisyan bildirib.

O deyib ki, Ermənistan hökuməti Rusiyaya “Dağlıq Qarabağın təhlükəsizliyi bizim üçün çox vacibdir, onun qarantıyıq, bütün ordumuzu ora aparacağıq, xahiş edirik bayraqlarınızı taxaraq təhlükəsizliyimizi təmin edin” deməli idi: “Müttəfiqimizə müraciət etdikmi? Xeyr, müraciət etmədik. Bəli, KTMT Qarabağa görə cavabdeh deyil, ancaq Ermənistan üçün cavabdehdir. Ermənistanın təhlükəsizliyini təmin etməyini xahiş etməliydik. Bizim ordumuz isə Qarabağla məşğul olacaqdı”.

Sarkisyan Ermənistan-Rusiya müqavilə bazasının boşluğunu ortaya qoyur.

Paşinyan Rusiyanın 102-ci bazasının Sünik bölgəsində iki dayaq məntəqəsinin yaradıldığını açıqlayıb. Ermənistanın xarici təhlükəsizliyini təmin etməyinin əsasını Ermənistan-Rusiya hərbi ittifaqının təşkil etdiyini vurğulayıb.

“Ermənistanın xarici təhlükəsizlik sistemi nə müharibədən əvvəl, nə də sonra dəyişməyib. Və bu sistem, ilk növbədə, Qafqaz bölgəsindəki ortaq hava hücumundan müdafiə sisteminin və birləşmiş Ermənistan-Rusiya qruplaşmasına əsaslanırdı”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, mövcud təhlükəsizlik sistemi Ermənistan Respublikasının sərhədlərinə qədər uzanır.

Serj Sarkisyan və Nikol Paşinyan bir-birlərini ittiham etməklə, bilərək və ya bilmədən hərbi sahədən başlamış danışıqlar sahəsinədək düşmən davranışlarına görə Rusiyanı ifşa edir və günahlandırırlar. Ermənistan Rusiya təhlükəsizlik sisteminin əsl mahiyyətini hiss etdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Paşinyan   Rusiya  

Paşinyan və Sarkisyan Rusiyanın planlarını açıqladılar

2020/04/cb667-1586334463.jpg
Oxunub: 1156     15:44     06 May 2021    