İranda sızdırılan səsyazıları: Regionun bununla nə əlaqəsi var?

2021/03/00-10-1617172345.jpg
Oxunub: 1091     15:50     06 May 2021    
ABŞ-İran münasibətlərinin intensivləşməsi, ABŞ ilə Rusiya arasındakı dərinləşən qarşıdurma, İran-Çin və İran-Türkiyə çoxmilyardlı iqtisadi müqavilələr, Türkiyə-Rusiya yaxınlaşması, Qarabağ müharibəsindən sonra bölgədə yenidən canlanan siyasi-iqtisadi və nəhayət ABŞ Prezidentinin qondarma “soyqırımı”nı tanıması fonunda ötən ayın sonlarında İran Xarici İşlər nazirinin qalmaqallı müsahibəsinin internetdə sızması geosiyasi mənzərəni dəyişdirmir, əksinə ciddi geosiyasi yenidən nizamlamalardan xəbər verir.

İlk növbədə baş verən məlumat sızması haqqında

26 apreldə Londonda çıxan “Iran International” nəşri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə müsahibədən bir hissə yayımlamışdı. Həmin müsahibədə Zərif Rusiya ilə Çini İran və Qərb arasındakı nüvə anlaşması ətrafında təxribat yaratmaqda ittiham edir.

Sızdırılan müsahibədə İranlı diplomat Rusiya Xarici İşlər nazirinin İranın nüvə anlaşmasına razı olmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etdiyini bildirib.

Nazirin sözlərinə görə, İran hərbi elitası, daha konkret olaraq İslam İnqilabı Keşikçiləri Korpusu və onun keçmiş lideri Qasım Süleymani (2020-ci ildə öldürülüb) bir çox hallarda ölkənin xarici siyasətinə çox fəal müdaxilə edir, mütəmadi olaraq İran diplomatiyasını hərbi məqsədlər üçün qurban verirdi. Moskva, həm nüvə proqramında (general beynəlxalq müqaviləyə qarşı olub), həm də Suriya müharibəsində əsas rol oynayan Süleymaninin vasitəsi ilə öz təsirini həyata keçirirdi.

“Tez-tez xarici işlər ilə deyil, daha çox “Əl-Qüds” liderləri ilə danışıqlar aparmaqla məşğul idim, bəzən xarici əlaqələrdəki təsirim sıfır səviyyəsinə endirilirdi”, - deyə Zərif bildirib.

Zərif qeyd edib ki, 2015-ci ildə nüvə sazişinin imzalanmasından 10 gün sonra Rusiya rəhbərliyi Süleymanini müqaviləni ləğv etmək yollarını hazırlamaq üçün Moskvaya dəvət etmişdi. Onun sözlərinə görə, Süleymaninin səfəri məhz Moskva tərəfindən təşkil edilmişdi, Xarici İşlər Nazirliyi heç bir şey edə bilməmişdi.

Bundan əlavə, Zərifin sözlərinə görə, Vladimir Putin və Süleymani arasındakı görüşdə Rusiya prezidenti İran generalını Suriyaya İran qoşunlarını göndərməyə razı salmışdı.

“Putin Suriyaya hava yolu ilə daxil oldu, lakin İranı quru qoşunları ilə müharibəyə cəlb etdi. O vaxtadək orada İranın quru qoşunları olmayıb”, - deyə İran rəsmisi qeyd edib.

İranlı baş diplomatın sözlərinə görə, nə Rusiya, nə də Çin İranın Qərblə münasibətlərini normallaşdırmağın tərəfdarı deyil. Nazir, açıqladığı digər fikirlərlə yanaşı, Qərbə olan düşmənçiliyi səbəbi ilə İranın Rusiyaya və Çinə faktiki olaraq alternativi olmadığını, hər iki dövlətin bundan faydalandığını qeyd edib.

“Qərblə münasibətlərimiz olduğu kimi, Rusiya və Çinlə də əlaqələrimiz olmalıdır, ABŞ ilə gərginliyimiz olmamalıdır. Rusiya üçün Qərblə münasibətlərimizdə heç bir böhran olmaması faydalıdır, amma Qərblə münasibətlərimizin normallaşması faydalı deyil”, - deyə Zərif bildirib.

Xatırladaq ki, rəsmi Tehran faktiki olaraq yayılan səs yazısının həqiqiliyini təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sızdırılan söhbətin KİV –lər üçün nəzərdə tutulmadığını, səsyazının “nazirin nüfuzdan salınması üçün redaktə edildiyini” və kontekstdən çıxarıldığını bildirib. Moskva və Pekin hələlik məsələ ilə bağlı açıqlama verməyib

Amerika ilə danışıqlardan əvvəl məlumat sızması

ABŞ prezidenti Co Bayden administrasiyasının başlatdığı danışıqlardan əvvəl Zərifin verdiyi müsahibənin müəyyən hissəsi “sızdırıldı”. Məlum olduğu kimi danışıqların məqsədi nüvə anlaşmasının bərpasıdır. Xatırladaq ki, razılaşma, Qərbin sanksiyalarının tədricən ləğvi müqabilində İranda nüvə tədqiqatları və istehsalını məhdudlaşdırılmasını nəzərdə tutur.

2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp birtərəfli qaydada razılaşma üzrə danışıqlardan imtina etmişdi və Tehrana qarşı sanksiyaları artırmışdı. Bununla da İranı daha sərt şərtlərlə razılaşmalı olmasına məcbur etmək niyyətində idi. Buna cavab olaraq İran uran zənginləşdirmə proqramını genişləndirməyə qərar vermişdi.

Nüvə danışıqları ABŞ-da hakimiyyət dəyişikliyindən dərhal sonra yenidən başlayıb. İran standartlarına görə nisbətən mülayim hesab edilən İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ, Fransa, Rusiya, Çin, Almaniya və İngiltərə ilə razılaşma barədə danışıqlar aparırlar.

Co Baydenin hakimiyyətə gəlişindən sonra beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirən və İranda keçiriləcək seçkilərə ciddi təsir göstərən İran və ABŞ arasındakı münasibətlərin intensivləşdirilməsindən, hətta müəyyən bir yaxınlaşmadan danışılır.

İranda prezident seçkiləri

Qalmaqallı sızıntının İranda keçiriləcək 18 iyun prezident seçkilərinə hansı təsiri olacağını söyləmək çətindir. İran və beynəlxalq mediada yayımlanan müxtəlif şərhlərdən bu qalmaqalın təsir edəcəyi qənaətinə gəlmək olar. Birləşmiş Ştatların rolu da müxtəlif cür şərh edilə bilər.

Bir tərəfdən, xarici siyasət baxımından nisbətən orta sayılan prezident Ruhanidir. O, seçkilərdə namizədliyini irəli sürə bilməz. Sızdırılan müsahibədə Xarici İşlər naziri Zərif də namizədliyini verməyəcəyini bildirir.

Digər tərəfdən, aydındır ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hər hansı namizədi (Süleymaninin ölümündən sonra hələ də İranda ciddi bir çəkiyə sahibdir) hakimiyyətə gəlsə, Qərb, xüsusən də ABŞ-la İranın münasibətlərin mümkün normallaşmasına ciddi təhlükə yaradacaq.

Bu qarşıdurma, bir çox şeylə yanaşı, İranın seçkiqabağı daxili siyasəti üçün böyük əhəmiyyət kəsb edir, bu problemin həlli öz növbəsində regional vəziyyətin sonrakı mənzərəsinə təsir göstərəcək.

İran-Çin-Türkiyə müqavilələri

Məlumat sızıntısından bir neçə həftə əvvəl, 27 mart tarixində İran və Çin Xarici İşlər Nazirləri Tehranda 25 illik əməkdaşlıq müqaviləsi imzalamışdılar.

Razılaşma ABŞ-ın illərdir sanksiyalarına məruz qalan iki ölkə arasında əməkdaşlığı genişləndirir.

Layihəyə görə, Çin sabit və endirimli neft təchizatı qarşılığında İran iqtisadiyyatına təxminən 400 milyard dollar sərmayə qoymalıdır.

“Petroleum Economics”in verdiyi məlumata görə, İranın neft, qaz və benzin sektorlarına təxminən 280 milyard dollar, ölkənin yol və istehsal infrastrukturunun yaxşılaşdırılmasına 180 milyard dollar xərclənməsi planlaşdırılır.

Beynəlxalq mətbuatda yayılan məlumatlara görə, razılaşma Çinin iddialı olduğu “Bir kəmər, bir yol” təşəbbüsünə də aiddir.

Bu təşəbbüs haqqında ilk dəfə 2013-cü ildə elan edilmişdi. Layihənin məqsədi Asiya ilə Avropanı birləşdirən qədim dövrün İpək Yolunu bərpa etməkdir.

“Bir kəmər, bir yol” daha sonra genişləndirildi. Bu təşəbbüs indi Çini Afrika ilə və hətta Qərbi Avropa ilə birləşdirəcək bir sıra avtomobil yolları, dəmir yolları, dəniz limanları, elektrik şəbəkələri, neft və qaz boru kəmərlərinin inşası layihələrini əhatə edir.

Layihə iki hissədən ibarətdir. Birincisi, Çini Orta Asiya, İran və Türkiyə vasitəsilə Avropaya bağlayan, əsasən quru yollardan ibarət olan qədim İpək Yoludur.

İkinci hissə, əsasən Çindən Hind okeanı vasitəsilə Afrika ölkələrinə və oradan Aralıq dənizi zonasına gedib çatan dəniz yoludur. Yeni İran-Çin müqaviləsi, şübhəsiz ki, layihənin həyata keçirilməsinə yeni ciddi təkan verəcək.

Lakin ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri, inkişaf etməkdə olan ölkələrin dövlət borcunun böyük ölçüdə arta biləcəyini iddia edərək Çinin layihəsini tənqid etmişdilər. Çinin proqram çərçivəsində kredit sərmayələrinin həcmini genişləndirməsi ehtimal edilir. Əlbətdə ki, açıq şəkildə danışılmayan siyasi motivlərin də mövcud olduğu göz qabağındadır.

İran təkcə Çinlə deyil, Türkiyə ilə də əməkdaşlığı genişləndirir. İki ölkə, ABŞ-ın sanksiyası və epidemiya səbəbiylə İranın çəkdiyi zərərləri sığortalamaq üçün 2015-ci ildə imzalanmış ticarət müqaviləsinə yenidən baxmağa hazırlaşır.

Bundan əlavə, bu ilin yanvar ayında iki ölkə arasında İranın cənub limanlarını Türkiyəyə birləşdirəcək yeni yol infrastrukturunun yaradılmasını nəzərdə tutan üç yeni müqavilə imzalanıb. Bundan əlavə, Türkiyə bu yeni yollarla İran üzərindən Əfqanıstan və Pakistanla əlaqə yaradacaq.

Hindistan və İran yeni yollar axtarır

Qərbin sanksiyalarından və valyuta devalvasiyasından onsuz da ciddi şəkildə əziyyət çəkən İranın, indi Rusiya, Çin kimi sürətlə böyüyən supergüclərin və az da olsa Türkiyənin tam təsiri altına düşməsinin qarşısını almaq üçün manevr etmə zərurəti yaranıb. Bu səbəbdən Tehran adı çəkilən layihələrə paralel olaraq yeni yollar axtarır.

Bu axtarışlarda İran tək deyil, Hindistanın da “Bir kəmər, bir yol” layihəsinə alternativ yol ehtiyacı var.

Çin meqa layihəsində planlaşdırılan dəhlizlərdən biri də Banqladeş-Çin-Hindistan-Myanma marşrutu idi.

2019-cu ildə Dehli, nəzərdə tutulan dəhlizin sırf Hindistanın özündən deyil, bir hissəsi Pakistanın nəzarəti altında olan Cammu və Kəşmir bölgəsindən keçdiyindən layihəyə qatılmayacağını açıqlamışdı.

Beləliklə, Dehli, Tehran kimi, yenidən nizamlanan dünyada Avropaya çatmağın yeni yollarını tapmağa çalışır.

Bu marşrutların ən bariz olan bir hissəsi İran ərazisindən də keçəcək Şimal-Cənub dəhlizidir.

Bundan əlavə, illərdir Fars körfəzini Qara dənizə birləşdirməyi xəyal edən dəhliz layihəsi var. Bu layihə 2016-cı ildə tərtib edilib, İranın cənubunu Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizi keçərək Aralıq dənizinə çatmaqla Bolqarıstan və Yunanıstanla birləşdirməyi nəzərdə tutur.

Bu “məntiq”in davamı “Üç Dənizin Təşəbbüsü” sayıla bilər. Bu layihə 2015-ci ildə Xorvatiya və Polşa liderləri tərəfindən Çin meqa layihəsinin açıqlamasından iki il sonra, bu meqa layihəyə əks müqavimət olaraq yaradılıb.

Təşəbbüs bir sıra Şərqi Avropa ölkələrində Şimal dənizi, Adriatik və Baltik dənizlərini birləşdirən yeni yol və enerji infrastrukturu yaradılmasını planlaşdırır. Qərbi Avropa ölkələri bu təşəbbüsü məmnuniyyətlə qarşılayıblar, çünki bu, qərbi, cənubi və mərkəzi Avropada Rusiya-Çin enerji təsirini azalda bilər. Nəzərə almaq lazımdır ki, Çinin “köhnə yeni ipək yolu” məhz bu ərazidən Qərbi Avropaya uzanır.

Bu layihələrlə Hindistan və İran tərəfi Rusiya və ya Çinin təsir dairəsinə düşmədən Ermənistan və Gürcüstan vasitəsilə Avropa ilə əlaqə qura bilərlər.

Vətən Müharibəsindən sonra Cənubi Qafqazda otuz ildir bağlanmış yolların açılması paralel olaraq davam edir. Rusiya bu blokadanın aradan qaldırılmasını ən qısa müddətdə həyata keçirməkdə maraqlı olduğunu gizlətmir. Bu blokadadan çıxarma prosesində Ermənistan və Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İran da iştirak edir.

Sərhədlərin açılması, digər şeylərlə yanaşı bölgənin neft kimi təbii ehtiyatlarının, məsələn, Avropaya daha asan və daha sürətli çatacağı mənasını verəcək.

Burada da davam edən proses axarında getmir. Azərbaycan Mehridən keçən cənub yolunun açılmasını tələb edir, Ermənistan isə İcevan ərazisindən keçən şimal yoluna üstünlük verir. Digər qonşuların da öz xüsusi maraqları var.

Eyni zamanda, “Şimal-Cənub” və “Fars Körfəzi - Qara dəniz” dəhlizləri ilə bağlı açıqlamaları nəzərdən keçirməklə Ermənistan ilk növbədə İran üçün tranzit bir yol olmağa üstünlük verir, lakin bu Rusiyanın xoşuna bir o qədərdə gəlməyə bilər.

Zərifin müsahibəsi ilə bağlı sızıntının olması, Navalni ətrafındakı vəziyyət, diplomatik böhran və Donbasdakı vəziyyətin kəskinləşməsi fonunda onsuz da zəifləyən Moskvanın geosiyasi mövqeyinə də ciddi şəkildə təsir edir - bu, digər amillərlə üst-üstə düşsə, bölgəyə ciddi şəkildə təsir edə bilər.

Ruhaninin təmsil olunduğu düşərgə İranda hakimiyyətini qoruyarsa və Avropa, ABŞ ilə əlaqələr qurarsa, yolların açılması məsələsində Rusiya ilə İran arasında bir qədər ziddiyyət yaranması mümkündür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Rusiya   ABŞ  

İranda sızdırılan səsyazıları: Regionun bununla nə əlaqəsi var?

2021/03/00-10-1617172345.jpg
Oxunub: 1092     15:50     06 May 2021    