Silahlı Qüvvələrinin taqımlarında Vətən Müharibəsi Qəhrəmanı barədə məlumat veriləcək

2021/05/7bd56-1620296802.jpg
Oxunub: 620     14:24     06 May 2021    
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə dəyişiklik təklif edilir.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə əsasən, günün nizam qaydalarına görə müəyyən edilmiş vaxtda axşam yoxlanışından qabaq axşam gəzintisi keçirilir.

Gəzintidən sonra bölük növbətçisinin «Bölük, axşam yoxlanışına — DÜZÜL» komandası ilə taqım komandiri müavinləri (manqa komandirləri) öz bölmələrini axşam yoxlanışına düzürlər. Bölük növbətçisi bölüyü düzüb, başçavuşa bölüyün axşam yoxlanışına hazır olması barədə məlumat verir.

Bölük başçavuşu və ya onu əvəz edən şəxs «Farağat» komandası verib, yoxlanışa başlayır. Yoxlanışın əvvəlində o, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə göstərdikləri qəhrəmanlıq üçün bölüyün siyahısına adları əbədi yazılanların adını çağırır.

Qüvvədə olan Daxili Xidmət Nizamnaməsinə əsasən, bu adlar çağırıldıqda birinci taqımın komandirinin müavini məlumat verir: «Azərbaycanın Milli Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur».

Layihəyə əsasən, Azərbaycanın Milli Qəhrəmanından öncə Vətən Müharibəsi Qəhrəmanı barədə məlumat veriləcək. Başqa sözlə, birinci taqım komandirinin müavini məlumat verəcək: «Azərbaycanın Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur».

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Silahlı Qüvvələrinin taqımlarında Vətən Müharibəsi Qəhrəmanı barədə məlumat veriləcək

2021/05/7bd56-1620296802.jpg
Oxunub: 621     14:24     06 May 2021    

Bizi "telegram"da izləyin