Makron Paşinyanın şəxsiyyəti və davranışı ilə bağlı çaşqınlığını gizlətməyib

2021/05/makro-1620293237.jpg
Oxunub: 1560     16:42     06 May 2021    
9 noyabr kapitulyasiyasının imzalanmasından bir neçə gün sonra Fransa prezidenti Emanuel Makrov erməni icmasının nümayəndələri ilə naharda iştirak edib, nahar zamanı diqqətəlayiq söhbət baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikrini soruşub, diqqətlə dinləyib, sonra Paşinyanın şəxsiyyəti və davranışı ilə bağlı çaşqınlığını gizlətməyib.

“O deyib ki, müharibə zamanı dəfələrlə onunla əlaqə saxlayıb, öz dəstəyini təklif edib, hətta SMS-lər yazıb, doğrudur, Paşinyan bunlara dərhal cavab verib, lakin demək olar bir dəfə belə olsun öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Üstəlik, Makron xüsusilə təəccüblənib ki, nə 9 noyabr sənədinin imzalanmasından əvvəl, nə də heç olmasa sonra Paşinyan onunla əlaqə saxlamayıb və onu bənzər sənədə məcbur etdikləri, yaxud imzaladıqdan sonra nəticələrin yumşalması üçün nə etməyin mümkün olduğu barədə məlumat verməyib.

Makron deyib ki, axı mən ATƏT-in Minsk qrupunun həmsəsr ölkəsinin prezidentiyəm, niyə imzaladıqdan əvvəl və ya sonra mənə məlumat vermədi və ya dəstək xahiş etmədi?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ermənistan   Böhran   Paşinyan   Makron  


Makron Paşinyanın şəxsiyyəti və davranışı ilə bağlı çaşqınlığını gizlətməyib

2021/05/makro-1620293237.jpg
Oxunub: 1561     16:42     06 May 2021    
9 noyabr kapitulyasiyasının imzalanmasından bir neçə gün sonra Fransa prezidenti Emanuel Makrov erməni icmasının nümayəndələri ilə naharda iştirak edib, nahar zamanı diqqətəlayiq söhbət baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikrini soruşub, diqqətlə dinləyib, sonra Paşinyanın şəxsiyyəti və davranışı ilə bağlı çaşqınlığını gizlətməyib.

“O deyib ki, müharibə zamanı dəfələrlə onunla əlaqə saxlayıb, öz dəstəyini təklif edib, hətta SMS-lər yazıb, doğrudur, Paşinyan bunlara dərhal cavab verib, lakin demək olar bir dəfə belə olsun öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Üstəlik, Makron xüsusilə təəccüblənib ki, nə 9 noyabr sənədinin imzalanmasından əvvəl, nə də heç olmasa sonra Paşinyan onunla əlaqə saxlamayıb və onu bənzər sənədə məcbur etdikləri, yaxud imzaladıqdan sonra nəticələrin yumşalması üçün nə etməyin mümkün olduğu barədə məlumat verməyib.

Makron deyib ki, axı mən ATƏT-in Minsk qrupunun həmsəsr ölkəsinin prezidentiyəm, niyə imzaladıqdan əvvəl və ya sonra mənə məlumat vermədi və ya dəstək xahiş etmədi?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ermənistan   Böhran   Paşinyan   Makron  


Bizi "telegram"da izləyin