"Politik.am": Necə oldu ki, Azərbaycan müharibə zamanı Ermənistan ordusu barədə bütün mümkün məlumatlara sahib idi?

2021/05/9898-1620293177.jpg
Oxunub: 1933     16:44     06 May 2021    
"Bu gün də çoxları üçün anlaşılmazdır ki, necə oldu ki, Azərbaycan müharibə zamanı Ermənistan ordusu barədə bütün mümkün məlumatlara sahib idi? Çoxları xəyanət haqqında danışırlar və müxtəlif təklifləri irəli sürürlər".

Ordu.az xəbər verir kiu barədə "Politik.am" nəşri yazır.

"Ermənistan ordusu haqqında mövcud məlumatlar Milli Təhlükəsizlik Xidmətində ola bilərdi, lakin bu strukturdan bənzər sızıntı ola biləcəyini təsəvvür etmək çətindir. Parlamentin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə komissiyasında da ordu haqqında misli görünməmiş dərəcədə böyük həcmdə məlumat var idi, hakimiyyət dəyişikliyindən sonra bu komissiya Aprel döyüşlərinin detallarını araşdıran komissiyanın funksiyalarını həyata keçirirdi. Bu komissiya ən əlçatmaz gizli məlumatlara belə sahib olmaq imkanı qazanmışdı. Bu müddət ərzində sübut edilib ki, komissiyadan sənədlər sıza bilər. Və indi, Azərbaycana çatmış məlumatlar haqqında versiyalar səslənəndə bir versiya da diqqəti cəlb etməlidir. Bu versiyaya görə, Andranik Köçəryanın rəhbərlik etdiyi komissiyanın əlinin altında olan sənədlərin sızdırılması nəticəsində Azərbaycana məlumatlar çata bilərdi", - deyə nəşr qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Böhran  


"Politik.am": Necə oldu ki, Azərbaycan müharibə zamanı Ermənistan ordusu barədə bütün mümkün məlumatlara sahib idi?

2021/05/9898-1620293177.jpg
Oxunub: 1934     16:44     06 May 2021    
"Bu gün də çoxları üçün anlaşılmazdır ki, necə oldu ki, Azərbaycan müharibə zamanı Ermənistan ordusu barədə bütün mümkün məlumatlara sahib idi? Çoxları xəyanət haqqında danışırlar və müxtəlif təklifləri irəli sürürlər".

Ordu.az xəbər verir kiu barədə "Politik.am" nəşri yazır.

"Ermənistan ordusu haqqında mövcud məlumatlar Milli Təhlükəsizlik Xidmətində ola bilərdi, lakin bu strukturdan bənzər sızıntı ola biləcəyini təsəvvür etmək çətindir. Parlamentin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə komissiyasında da ordu haqqında misli görünməmiş dərəcədə böyük həcmdə məlumat var idi, hakimiyyət dəyişikliyindən sonra bu komissiya Aprel döyüşlərinin detallarını araşdıran komissiyanın funksiyalarını həyata keçirirdi. Bu komissiya ən əlçatmaz gizli məlumatlara belə sahib olmaq imkanı qazanmışdı. Bu müddət ərzində sübut edilib ki, komissiyadan sənədlər sıza bilər. Və indi, Azərbaycana çatmış məlumatlar haqqında versiyalar səslənəndə bir versiya da diqqəti cəlb etməlidir. Bu versiyaya görə, Andranik Köçəryanın rəhbərlik etdiyi komissiyanın əlinin altında olan sənədlərin sızdırılması nəticəsində Azərbaycana məlumatlar çata bilərdi", - deyə nəşr qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin