Qarabağda indiyədək 2051 hektar ərazi təmizlənib - ANAMA

2021/05/asfas-1620290635.jpg
Oxunub: 640     12:43     06 May 2021    
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları zamanı bu günədək 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Bu əməliyyatlar zamanı 18 min 649 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov məlumat verib.

Bildirilib ki, hazırda Agentliyin əməliyyat-axtarış qrupları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər, Xocavənd rayonlarında, həmçinin Şuşa şəhərində minatəmizləmə əməliyyatları həyata keçirirlər. İndiyədək həyata keçirilən əməliyyatlar zamanı 16 layihə üzrə 750 hektar ərazinin təmizlənməsi tam yekunlaşıb. Təqribən 1300 hektar ərazini əhatə edən 19 layihə üzrə işlər davam etdirilir.

“Əməliyyat-axtarış tədbirləri əsas dəmir və avtomobil yolları, nəqliyyat və yaşayış infrastrukturunun bərpası, həmçinin kənd təsərrüfatı, ekologiya və digər istiqamətlərdə davam etdirilir”, - deyə İdris İsmayılov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ANAMA   Azərbaycan  

Qarabağda indiyədək 2051 hektar ərazi təmizlənib - ANAMA

2021/05/asfas-1620290635.jpg
Oxunub: 641     12:43     06 May 2021    

Bizi "telegram"da izləyin