“The Hill” Baydenin Azərbaycana hərbi yardıma icazə verməsindən yazır

2021/05/sfsdf-1620107368.jpg
Oxunub: 843     14:51     06 May 2021    
ABŞ Prezidenti Co Bayden Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığı barədə məlumatlandırıb.

“The Hill” nəşrinə görə, ABŞ dövlət katibi Entoni Blinken 26 apreldə Konqresi əmin edib ki, Azərbaycana hərbi yardım Qarabağ məsələsinin nizamlanması ilə bağlı danışıqlara mane olmayacaq və ya Ermənistana qarşı istifadə edilməyəcək.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun yardımı ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir.

Nəşr həmçinin qeyd edir ki, 28 aprel tarixində Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə danışdığını və bu müddət ərzində digər məsələlərlə yanaşı, Qarabağ məsələsinin uzunmüddətli bir siyasi həll yolu ilə danışıqlar aparmaq üçün bölgənin bütün xalqlarının xeyrinə beynəlxalq səylərin əhəmiyyətini vurğulayıb.

Nəşr, erməni icmasının Bayden administrasiyasının bu qərarını qınadığını, onu xəyanət adlandırdığını bildirib.

“Azadlığı Dəstək Akt”na 907-ci düzəliş 1992-ci ildə guya Ermənistanın Azərbaycan tərəfindən mühasirəyə alınması səbəbindən ABŞ Konqresi tərəfindən qəbul edilib və Azərbaycana yalnız humanitar yardım göstərilməsini nəzərdə tutur.

Lakin bununla yanaşı, 2002-ci ildə Konqres 907-ci bölmədə dəyişiklik etməklə, Prezidentə aktın dayandırılması və Azərbaycana hərbi yardım edilməsi səlahiyyətini verib. Bunu da ABŞ Prezidenti hər il həyata keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   ABŞ   Bayden   Ermənistan  

“The Hill” Baydenin Azərbaycana hərbi yardıma icazə verməsindən yazır

2021/05/sfsdf-1620107368.jpg
Oxunub: 844     14:51     06 May 2021    

Bizi "telegram"da izləyin