Ermənistanda fərarilərlə bağlı qanun layihəsi qəbul edildi

2021/05/dfgdf-1620286739.jpg
Oxunub: 598     11:38     06 May 2021    
Ermənistanda hərbi xidmətdən yayınmış şəxslərə qarşı əfv elan etmək barədə qanun layihəsi qəbul edilib.

Ordu.az xəbər verir ki, Ermənistan parlamenti "Müddətli hərbi və ya alternativ xidmətin növbəti hərbi çağırışından, təlim toplanışından və ya səfərbərlik hərbi çağırışından yayınmış şəxslərə qarşı əfv elan etmək barədə" qanun layihəsini ikinci xounuşda və tam şəkildə 83 lehinə, 0 əleyhinə və bitərəf səs nisbəti ilə qəbul edib.

Qeyd edək ki, Ermənistan Ədliyyə nazirinin müavini Armen Hovhannisyan layihənin müzakirəsi zamanı xidmətdən yayınmış şəxslər üçün əfv təklif edən qanun layihəsində planlaşdırılan dəyişikliklə mümkün əfvdən faydalananların dairəsinin genişləndiriləcəyini qeyd etmişdi.

Lakin əfv sentyabrın 27-də elan edilmiş səfərbərlik çağırışından, habelə təlim toplanışından yayınmış şəxslərə qarşı tətbiq olunmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Ermənistan-ordusu   MN   Hovhannisyan  


Ermənistanda fərarilərlə bağlı qanun layihəsi qəbul edildi

2021/05/dfgdf-1620286739.jpg
Oxunub: 599     11:38     06 May 2021    
Ermənistanda hərbi xidmətdən yayınmış şəxslərə qarşı əfv elan etmək barədə qanun layihəsi qəbul edilib.

Ordu.az xəbər verir ki, Ermənistan parlamenti "Müddətli hərbi və ya alternativ xidmətin növbəti hərbi çağırışından, təlim toplanışından və ya səfərbərlik hərbi çağırışından yayınmış şəxslərə qarşı əfv elan etmək barədə" qanun layihəsini ikinci xounuşda və tam şəkildə 83 lehinə, 0 əleyhinə və bitərəf səs nisbəti ilə qəbul edib.

Qeyd edək ki, Ermənistan Ədliyyə nazirinin müavini Armen Hovhannisyan layihənin müzakirəsi zamanı xidmətdən yayınmış şəxslər üçün əfv təklif edən qanun layihəsində planlaşdırılan dəyişikliklə mümkün əfvdən faydalananların dairəsinin genişləndiriləcəyini qeyd etmişdi.

Lakin əfv sentyabrın 27-də elan edilmiş səfərbərlik çağırışından, habelə təlim toplanışından yayınmış şəxslərə qarşı tətbiq olunmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Ermənistan-ordusu   MN   Hovhannisyan  


Bizi "telegram"da izləyin