Vaşinqton Rusiya və Çinin Ayda stansiya yaratmaq planlarını yaxından izləmək niyyətindədir

2021/05/777-1620299498.jpg
Oxunub: 500     15:30     06 May 2021    
ABŞ Rusiya və Çinin Ayda beynəlxalq stansiya yaratmaq planlarını yaxından izləmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Hill deyib.

Bundan əvvəl Rusiya və Çin Ayda beynəlxalq tədqiqat stansiyasının yaradılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Ölkələr stansiyanın yaradılması üçün yol xəritəsini birlikdə hazırlayacaq və layihənin dizaynı, tətbiqi və istismarı ilə yaxından əməkdaşlıq edəcəklər.

Bundan əlavə, tərəflər bütün maraqlı ölkələr üçün açıq giriş imkanı olan bir stansiyanın yaradılması üzrə əməkdaşlığı təşviq edəcəklər.

“Roskosmos” vurğulayır ki, layihənin məqsədi tədqiqat əməkdaşlığını gücləndirmək və kosmik məkanın bütün bəşəriyyətin maraqları naminə dinc məqsədlər üçün kəşfini və istifadəsini təşviq etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Vaşinqton Rusiya və Çinin Ayda stansiya yaratmaq planlarını yaxından izləmək niyyətindədir

2021/05/777-1620299498.jpg
Oxunub: 501     15:30     06 May 2021    
ABŞ Rusiya və Çinin Ayda beynəlxalq stansiya yaratmaq planlarını yaxından izləmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Hill deyib.

Bundan əvvəl Rusiya və Çin Ayda beynəlxalq tədqiqat stansiyasının yaradılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Ölkələr stansiyanın yaradılması üçün yol xəritəsini birlikdə hazırlayacaq və layihənin dizaynı, tətbiqi və istismarı ilə yaxından əməkdaşlıq edəcəklər.

Bundan əlavə, tərəflər bütün maraqlı ölkələr üçün açıq giriş imkanı olan bir stansiyanın yaradılması üzrə əməkdaşlığı təşviq edəcəklər.

“Roskosmos” vurğulayır ki, layihənin məqsədi tədqiqat əməkdaşlığını gücləndirmək və kosmik məkanın bütün bəşəriyyətin maraqları naminə dinc məqsədlər üçün kəşfini və istifadəsini təşviq etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Bizi "telegram"da izləyin