ABŞ HHQ-nin “Skyborg” adlı proqramı çərçivəsində avtonom PUA prototipi ilk uçuşunu həyata keçirib

2021/05/sdgdg-1620284982.jpg
Oxunub: 885     16:30     06 May 2021    
ABŞ Hərbi Hava Qüvvələrinin “Skyborg” adlı proqramı çərçivəsində avtonom sistemlərlə təchiz olunan PUA prototipi ilk uçuşunu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Proqram çərçivəsində “Kratos” şirkətinin UTAP-22 “Mako” adlı PUA-sının Floridada keçirilən sınaqları uğurla başa çatıb.

PUA-nın uçuşu 10 dəqiqə davam edib. Hava vasitəsi təhlükəsiz işləməsini nümayiş etdirmək üçün ciddi uçuş manevrləri edib.

ACS adlanan avtonom sistem PUA-nın effektiv şəkildə işləməsini təmin etmək üçün onun beyni rolunu oynayır və hava vasitəsinin insan müdaxiləsi olmadan fəaliyyət göstərməsini təmin edir.

“Skyborg” PUA-ları ABŞ Hərbi Hava Qüvvələrinin F-35 və F-15EX kimi taktiki təyyarələri ilə birlikdə uçacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Skyborg   F-35   F-15EX  


ABŞ HHQ-nin “Skyborg” adlı proqramı çərçivəsində avtonom PUA prototipi ilk uçuşunu həyata keçirib

2021/05/sdgdg-1620284982.jpg
Oxunub: 886     16:30     06 May 2021    
ABŞ Hərbi Hava Qüvvələrinin “Skyborg” adlı proqramı çərçivəsində avtonom sistemlərlə təchiz olunan PUA prototipi ilk uçuşunu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Proqram çərçivəsində “Kratos” şirkətinin UTAP-22 “Mako” adlı PUA-sının Floridada keçirilən sınaqları uğurla başa çatıb.

PUA-nın uçuşu 10 dəqiqə davam edib. Hava vasitəsi təhlükəsiz işləməsini nümayiş etdirmək üçün ciddi uçuş manevrləri edib.

ACS adlanan avtonom sistem PUA-nın effektiv şəkildə işləməsini təmin etmək üçün onun beyni rolunu oynayır və hava vasitəsinin insan müdaxiləsi olmadan fəaliyyət göstərməsini təmin edir.

“Skyborg” PUA-ları ABŞ Hərbi Hava Qüvvələrinin F-35 və F-15EX kimi taktiki təyyarələri ilə birlikdə uçacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Skyborg   F-35   F-15EX  


Bizi "telegram"da izləyin