Türkiyə ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb

2021/05/fasfa-1620284845.jpg
Oxunub: 787     13:55     06 May 2021    
Türkiyə ilə Qazaxıstan Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, Ankarada imzalanan müqavilə Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir.

İmzalanmış müqavilə regional təhlükəsizlik məsələləri, orduların xüsusi tapşırıqlara hazırlanması, birgə təlimlər, kəşfiyyat və hücum PUA-larında taktika və təcrübə mübadiləsi kimi 17 fəaliyyəti ehtiva edir.

Görüşlər zamanı hərbi təhsil və elm sahəsində əməkdaşlıq, 2022-2023 tədris ilində hərbi kadr hazırlığı planı razılaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qazaxıstan  


Türkiyə ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb

2021/05/fasfa-1620284845.jpg
Oxunub: 788     13:55     06 May 2021    
Türkiyə ilə Qazaxıstan Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, Ankarada imzalanan müqavilə Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir.

İmzalanmış müqavilə regional təhlükəsizlik məsələləri, orduların xüsusi tapşırıqlara hazırlanması, birgə təlimlər, kəşfiyyat və hücum PUA-larında taktika və təcrübə mübadiləsi kimi 17 fəaliyyəti ehtiva edir.

Görüşlər zamanı hərbi təhsil və elm sahəsində əməkdaşlıq, 2022-2023 tədris ilində hərbi kadr hazırlığı planı razılaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qazaxıstan  


Bizi "telegram"da izləyin