ABŞ-ın “Minuteman III” QABR-larının sınağı uğursuzluqla başa çatıb

2018/11/34534-1542287594.jpg
Oxunub: 863     12:25     06 May 2021    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən “Minuteman III” Qitələrarası Ballistik Raketinin (QABR) dünən həyata keçirilən sınağı uğursuzluqla başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Kaliforniyadakı yerləşən Vandenberq aviabazasında keçirilən sınağın niyə uğursuz olması hələlik məlum deyil. Raketin uğursuz sınağı ilə bağlı araşdırma başladılıb.

“Minuteman III” raketlərinin əvvəlki sınaq buraxılışı fevral ayında həyata keçirilib. Sınaq zamanı raket aviabazadan Marşal adalarına qədər yol qət edib.

“Minuteman” ailəsinin üç mərhələli quru əsaslı qitələrarası ballistik raketləri Soyuq Müharibə dövründə SSRİ-nin nüvə fəaliyyətlərinin qarşısını almaq üçün çəkindirici güc kimi nəzərdə tutulmuşdu. “Minuteman III” ABŞ-da istismar olunan yeganə quru əsaslı qitələrarası ballistik raketdir.

“Minuteman III” raketlərinin uzunluğu 18.3 metr, çəkisi 36 min tondan artıqdır. Raket 9700 kilometr məsafədə yerləşən hədəfi nisbi dəqiqliklə vura bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Minuteman   HHQ  


ABŞ-ın “Minuteman III” QABR-larının sınağı uğursuzluqla başa çatıb

2018/11/34534-1542287594.jpg
Oxunub: 864     12:25     06 May 2021    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən “Minuteman III” Qitələrarası Ballistik Raketinin (QABR) dünən həyata keçirilən sınağı uğursuzluqla başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Kaliforniyadakı yerləşən Vandenberq aviabazasında keçirilən sınağın niyə uğursuz olması hələlik məlum deyil. Raketin uğursuz sınağı ilə bağlı araşdırma başladılıb.

“Minuteman III” raketlərinin əvvəlki sınaq buraxılışı fevral ayında həyata keçirilib. Sınaq zamanı raket aviabazadan Marşal adalarına qədər yol qət edib.

“Minuteman” ailəsinin üç mərhələli quru əsaslı qitələrarası ballistik raketləri Soyuq Müharibə dövründə SSRİ-nin nüvə fəaliyyətlərinin qarşısını almaq üçün çəkindirici güc kimi nəzərdə tutulmuşdu. “Minuteman III” ABŞ-da istismar olunan yeganə quru əsaslı qitələrarası ballistik raketdir.

“Minuteman III” raketlərinin uzunluğu 18.3 metr, çəkisi 36 min tondan artıqdır. Raket 9700 kilometr məsafədə yerləşən hədəfi nisbi dəqiqliklə vura bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Minuteman   HHQ  


Bizi "telegram"da izləyin