Rusiya bu il “Sarmat” QABR-larının üç sınağını həyata keçirəcək

2020/03/12590-1585463961.jpg
Oxunub: 805     15:16     06 May 2021    
Rusiya bu il “Sarmat” adlı Qitələrarası Ballistik Raketin (QABR) üç sınağını həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə TASS xəbər agentliyinə məlumat verib.

“Sarmat”ın ilk sınağı 2021-ci ilin üçüncü rübündə baş tutacaq.

Sınaqların Rusiyanın şimal-qərbində yerləşən Plesetsk kosmik mərkəzində həyata keçiriləcəyi bildirilir. Kamçatkada sınaq poliqonunda yerləşən sahə ilk sınaq üçün hədəf olacaq. Üç raketdən birinin maksimum məsafəyə atılması gözlənilir.

QABR-ın dövlət sınaqları 2022-ci ildə başlayacaq.

RS-28 “Sarmat” maye yanacaqlı inkişaf etmiş şaxta əsaslı raket sistemidir. Raket R-36M2 “Voyevoda” QABR-larının əvəz edilməsi üçün 2000-ci illərdən etibarən inkişaf mərhələsindədir. Təxminən 200 ton ağırlığındadır və 10 ton faydalı yük daşıyır. Rusiya raketin 10.000-18.000 km mənzilə sahib olduğunu iddia edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sarmat   QABR  


Rusiya bu il “Sarmat” QABR-larının üç sınağını həyata keçirəcək

2020/03/12590-1585463961.jpg
Oxunub: 806     15:16     06 May 2021    
Rusiya bu il “Sarmat” adlı Qitələrarası Ballistik Raketin (QABR) üç sınağını həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə TASS xəbər agentliyinə məlumat verib.

“Sarmat”ın ilk sınağı 2021-ci ilin üçüncü rübündə baş tutacaq.

Sınaqların Rusiyanın şimal-qərbində yerləşən Plesetsk kosmik mərkəzində həyata keçiriləcəyi bildirilir. Kamçatkada sınaq poliqonunda yerləşən sahə ilk sınaq üçün hədəf olacaq. Üç raketdən birinin maksimum məsafəyə atılması gözlənilir.

QABR-ın dövlət sınaqları 2022-ci ildə başlayacaq.

RS-28 “Sarmat” maye yanacaqlı inkişaf etmiş şaxta əsaslı raket sistemidir. Raket R-36M2 “Voyevoda” QABR-larının əvəz edilməsi üçün 2000-ci illərdən etibarən inkişaf mərhələsindədir. Təxminən 200 ton ağırlığındadır və 10 ton faydalı yük daşıyır. Rusiya raketin 10.000-18.000 km mənzilə sahib olduğunu iddia edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sarmat   QABR  


Bizi "telegram"da izləyin