Estoniya ABŞ-ın son 25 ildə Avropadakı ən böyük hərbi təliminə ev sahibliyi edəcək

2021/05/asfas-1620284394.jpg
Oxunub: 906     19:28     06 May 2021    
Estoniya ABŞ Ordusunun son 25 ildə Avropa qitəsindəki ən böyük hərbi təliminə ev sahibliyi edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Estoniyada keçiriləcək “Swift Response” adlı manevrlər “Defender Europe” təlimlərinin ilkin mərhələsidir.

Təlimlərə ABŞ Ordusunun Yaylım Atəşli Reaktiv Sistemləri (YARS) və digər raket və artilleriya vasitələri cəlb edilib.

14 mayda sona çatacaq manevrlər zamanı böhran vəziyyətində Estoniyanın müdafiəsi təşkil ediləcək. Manevrlərdə Estoniya, ABŞ, Böyük Britaniya ordusunun təxminən 2,5 min hərbi qulluqçusu, 20-dən çox təyyarəsi və 25 helikopteri iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   ABŞ   YARS  


Estoniya ABŞ-ın son 25 ildə Avropadakı ən böyük hərbi təliminə ev sahibliyi edəcək

2021/05/asfas-1620284394.jpg
Oxunub: 907     19:28     06 May 2021    
Estoniya ABŞ Ordusunun son 25 ildə Avropa qitəsindəki ən böyük hərbi təliminə ev sahibliyi edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Estoniyada keçiriləcək “Swift Response” adlı manevrlər “Defender Europe” təlimlərinin ilkin mərhələsidir.

Təlimlərə ABŞ Ordusunun Yaylım Atəşli Reaktiv Sistemləri (YARS) və digər raket və artilleriya vasitələri cəlb edilib.

14 mayda sona çatacaq manevrlər zamanı böhran vəziyyətində Estoniyanın müdafiəsi təşkil ediləcək. Manevrlərdə Estoniya, ABŞ, Böyük Britaniya ordusunun təxminən 2,5 min hərbi qulluqçusu, 20-dən çox təyyarəsi və 25 helikopteri iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   ABŞ   YARS  


Bizi "telegram"da izləyin