Avstraliya İsrail istehsalı döyüş idarəetmə sistemlərindən imtina edir

2021/05/Elbit-1620284305.jpg
Oxunub: 1009     17:21     06 May 2021    
Avstraliya Ordusu aktiv şəkildə istifadə olunan İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal edilən döyüş idarəetmə sistemlərinin istifadəsini dayandırır.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliyanın ADM müdafiə portalı yazıb.

Bildirilir ki, bu ayın ortalarından etibarən İsrailin sistemlərindən imtina edilir. İdarəetmə sistemlərinin istifadəsinin dayandırılmasının səbəbləri göstərilmir.

Avstraliya Müdafiə Nazirliyi sistemin əvəzlənməsi üçün müvəqqəti həllin qısa müddətdə mövcud imkanlar daxilində mümkün olmadığını bildirib.

Avstraliya son on ildə proqrama milyardlarla dollar xərcləyib, hətta 2017-ci ildəki son müqavilə 1,4 milyard dollar idi.

Qərarla əlaqədar Avstraliya Müdafiə Nazirliyi və “Elbit Systems” şirkətinin bu ölkədəki nümayəndəliyi açıqlama yaymayıb.

İsrail istehsalı döyüş idarəetmə sistemləri əməliyyatların rəqəmsal onurğasını təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   MN   ElbitSystems  


Avstraliya İsrail istehsalı döyüş idarəetmə sistemlərindən imtina edir

2021/05/Elbit-1620284305.jpg
Oxunub: 1010     17:21     06 May 2021    
Avstraliya Ordusu aktiv şəkildə istifadə olunan İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal edilən döyüş idarəetmə sistemlərinin istifadəsini dayandırır.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliyanın ADM müdafiə portalı yazıb.

Bildirilir ki, bu ayın ortalarından etibarən İsrailin sistemlərindən imtina edilir. İdarəetmə sistemlərinin istifadəsinin dayandırılmasının səbəbləri göstərilmir.

Avstraliya Müdafiə Nazirliyi sistemin əvəzlənməsi üçün müvəqqəti həllin qısa müddətdə mövcud imkanlar daxilində mümkün olmadığını bildirib.

Avstraliya son on ildə proqrama milyardlarla dollar xərcləyib, hətta 2017-ci ildəki son müqavilə 1,4 milyard dollar idi.

Qərarla əlaqədar Avstraliya Müdafiə Nazirliyi və “Elbit Systems” şirkətinin bu ölkədəki nümayəndəliyi açıqlama yaymayıb.

İsrail istehsalı döyüş idarəetmə sistemləri əməliyyatların rəqəmsal onurğasını təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   MN   ElbitSystems  


Bizi "telegram"da izləyin