Aİ ölkələri böhranlara erkən müdaxilə edə biləcək sürətli hərbi qüvvənin yaradılmasını təklif edir

2021/05/asfas-1620284227.jpg
Oxunub: 883     16:02     06 May 2021    
Almaniya və Fransa da daxil olmaqla Avropa İttifaqının 14 ölkəsi beynəlxalq böhranlara erkən müdaxilə edə biləcək sürətli hərbi qüvvənin yaradılmasını təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Bu ölkələr Aİ-nin təcili yardıma ehtiyacı olan xarici hökumətlərə kömək etmək üçün gəmi və təyyarələrlə birlikdə 5.000 hərbi qulluqçudan ibarət briqada yaradılmasının lazım olduğunu bildirib.

14 ölkə Avstriya, Belçika, Kipr, Çexiya, Almaniya, Yunanıstan, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Sloveniya ve İspaniyadır.

Aİ-nin hərbi qüvvəyə malik olması ilk dəfə 1999-cu ildə müzakirə edilib. 2007-ci ildə böhranlara cavab vermək üçün 1500 nəfərlik döyüş qrupları yaradılıb, lakin bunlar heç vaxt istifadə edilməyib.

Bu ildən etibarən Aİ birlikdə silahlı qüvvələri inkişaf etdirmək üçün ortaq büdcəyə sahibdir, 2022-ci il üçün hərbi doktrina hazırlanır.

Aİ ölkələri hərbi əməliyyatlar üçün ənənəvi olaraq ABŞ-ın rəhbərlik etdiyi NATO-ya güvənir, lakin bir-birini əvəz edən ABŞ prezidentləri, xüsusən Donald Tramp NATO-nun Avropanın müdafiəsini təşkil etməsinə baxmayaraq, Aİ-dən öz təhlükəsizliyi üçün daha çox şey etməsini tələb edirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Almaniya   Fransa   Avstriya   NATO  


Aİ ölkələri böhranlara erkən müdaxilə edə biləcək sürətli hərbi qüvvənin yaradılmasını təklif edir

2021/05/asfas-1620284227.jpg
Oxunub: 884     16:02     06 May 2021    
Almaniya və Fransa da daxil olmaqla Avropa İttifaqının 14 ölkəsi beynəlxalq böhranlara erkən müdaxilə edə biləcək sürətli hərbi qüvvənin yaradılmasını təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Bu ölkələr Aİ-nin təcili yardıma ehtiyacı olan xarici hökumətlərə kömək etmək üçün gəmi və təyyarələrlə birlikdə 5.000 hərbi qulluqçudan ibarət briqada yaradılmasının lazım olduğunu bildirib.

14 ölkə Avstriya, Belçika, Kipr, Çexiya, Almaniya, Yunanıstan, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Sloveniya ve İspaniyadır.

Aİ-nin hərbi qüvvəyə malik olması ilk dəfə 1999-cu ildə müzakirə edilib. 2007-ci ildə böhranlara cavab vermək üçün 1500 nəfərlik döyüş qrupları yaradılıb, lakin bunlar heç vaxt istifadə edilməyib.

Bu ildən etibarən Aİ birlikdə silahlı qüvvələri inkişaf etdirmək üçün ortaq büdcəyə sahibdir, 2022-ci il üçün hərbi doktrina hazırlanır.

Aİ ölkələri hərbi əməliyyatlar üçün ənənəvi olaraq ABŞ-ın rəhbərlik etdiyi NATO-ya güvənir, lakin bir-birini əvəz edən ABŞ prezidentləri, xüsusən Donald Tramp NATO-nun Avropanın müdafiəsini təşkil etməsinə baxmayaraq, Aİ-dən öz təhlükəsizliyi üçün daha çox şey etməsini tələb edirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Almaniya   Fransa   Avstriya   NATO  


Bizi "telegram"da izləyin