"Düşməni məğlub etsək də, qazanılan qələbələr bizi arxayınlaşdıra bilməz" - REPORTAJ

2021/05/957b9-1619972781.jpg
Oxunub: 734     12:10     08 May 2021    
Müharibələr zamanı düşmənə qalib gəlməyin, onu məğlub etməyin əsas amillərindən biri də sərəncamında olan canlı qüvvədən, silah-sursatdan və zirehli texnikadan bacarıqla istifadə etməkdir. Əgər sərkərdə bundan bacarıqla istifadə edirsə, deməli, qələbəni daha da tezləşdirmiş və düşməni qısa zamanda məğlubiyyətə uğratmış olur.

Döyüşlərdə düşmən üzərində qələbənin qazanılmasında zirehli texnikanın, o cümlədən tankın rolu böyükdür.

44 gün davam edən Vətən müharibəsində tankçılarımız da döyüşlərdə hünər və qəhrəmanlıqlar göstərdilər. Ermənistan ordusu üzərində qələbənin qazanılmasında "N" hərbi hissənin tankçılarının da böyük əməyi oldu. Döyüşlərin davam etdiyi günlərdə onlar qəsbkarlara ağır zərbələr endirdilər. Düşmən mövqelərinin yarılmasında, dayaq məntəqələrinin darmadağın edilməsində, yüksəkliklərin azad olunmasında fədakarlıq nümunələri göstərdilər.

Döyüşləri uğurla başa vurub geri döndükdən bir müddət sonra tankçılar uğurlara baxmayaraq, yenə də təlim keçir, döyüş hazırlıqlarını, peşəkarlıqlarını artırırdılar. Onların təlim-məşqlərini izləmək, bizdə xoş təəssüratlar oyatdı.

Məşğələnin mövzusuna uyğun olaraq tankçılar cəld hərəkətlər edir, verilən tapşırıqları bacarıqla yerinə yetirirdilər. Heyət nəfərləri təyin olunan vaxt çərçivəsində zirehli texnikada yerlərini tuturlar. Tank komandiri təlimin gedişinə nəzarət edir. Hərəkətlərin düzgün yerinə yetirilməsinə xüsusilə diqqət ayırır. Hiss olunur ki, əsgərlərin hazırlığından razıdır.

Tankçıların yüksək hazırlığını, peşəkarlığını gördükcə ürəyim dağa dönür. Fikirləşirəm ki, əgər onların hazırlığı yüksək olmasaydı, erməni qəsbkarlarına belə sarsıdıcı zərbələr vura bilməzdilər. Deməli, böyük sərkərdələr çox düzgün deyiblər ki, təlimdə tər - döyüşdə zəfər!

Təlimdə fasilə elan olunanda, heyət nəfərlərinə yaxınlaşıb tanış olduq. Tank komandiri leytenant Məhəmməd Quliyev söhbət zamanı dedi ki, Vətən müharibəsi başlayan kimi biz tankçıları da əks-həmlə əməliyyatlarına cəlb etdilər. "Ağdərə rayonu, Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdik. Bu istiqamətdə döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra Qubadlı və Laçın rayonları uğrunda gedən əməliyyatlara qoşulduq. Döyüşlər zamanı üzərimizə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəldik. Dəqiq zərbələrlə erməni qəsbkarlarının mövqelərini, dayaq məntəqələrini dağıtdıq. Piyadaların düşmən üzərinə irəliləməsini təmin etdik. Qələbənin qazanılmasına, torpaqlarımızın düşməndən azad edilməsinə biz tankçılar da öz töhfəmizi verdik".

"Döyüşlərdən hərbi hissəyə dönən kimi əməliyyatlarda iştirak edən zirehli texnikalar yuyulub təmizləndi, texniki xidmət göstərildi", - deyə zabit sözünə davam etdi. “İşlərimizi başa çatdırdıqdan sonra təlim-məşqlərə başladıq. Komandanlığın təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq təlim-məşqlər keçir, yeni bilik və vərdişlərə yiyələnirik. Düzdür, biz döyüşlərdə qələbə qazanmışıq, düşməni məğlub etmişik. Ancaq qazanılan qələbələr bizi arxayınlaşdıra bilməz. Təlim keçirik ki, döyüş hazırlığımız daha da yüksək olsun".

Gizir Toğrul Muradov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nicat Tahirli və başqaları bildirdilər ki, bundan sonra da xidmətdə böyük uğurlar qazanmaq əzmindədirlər.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN   Ordu  

"Düşməni məğlub etsək də, qazanılan qələbələr bizi arxayınlaşdıra bilməz" - REPORTAJ

2021/05/957b9-1619972781.jpg
Oxunub: 735     12:10     08 May 2021    