“Qeyri-mümkün nəzəriyyələr janrı”| Sarkisyanın bu qədər asan şəkildə hakimiyyəti təhvil verdiyi güclü qüvvə kim idi?

2021/02/00-95-1613817318.jpg
Oxunub: 5124     10:31     03 May 2021    
Ermənistan Respublikasının 3-cü Prezidenti Serj Sarkisyan kinorejissor Mher Mkrtçyanla müsahibəsində hakimiyyəti Nikol Paşinyana təhvil verdiyi 2018-ci ilin məlum hadisələrə toxunub.

“Nikol haqlı idi, mən səhv etdim” ifadəsinin mənası nə idi? Serj Sarkisyan istefa mətninin, əlbəttə ki, Karen Karapetyana göstərildiyini, onun təklifi ilə bəzi cümlələrin oradan çıxarıldığını bildirib. Buna görə də ifadə olunan fikir aşağıdakı kimi olub.

“Nikol, hakimiyyətə çatmaq üçün hər addıma hazır olduğunu söyləyərkən haqlı idi. Ermənistanın hər bir vətəndaşının həyatının Nikol Paşinyan üçün qiymətli olduğunu düşünərkən səhv etmişdim”.

Sarkisyan Paşinyanın radio evini ələ keçirdiyi gün niyə həbs olunmadığını, əksinə 22 aprel tarixində “Marriott Armenia Otel”də onunla görüşdükdən sonra həbs olunduğunu izah etməyə çalışıb. Radio evin ələ keçirilməsi hadisəsi baş verən gün küçə izdihamının hələ kiçik olduğunu, daha sonra isə vəziyyəti sakitləşdirmək üçün həbs olunmasının lazım olması ilə əsaslandırması, bu səbəbdən də Serj Sarkisyana görə hüquq-mühafizə orqanlarının qərarına qarşı çıxmadığını söyləməsi, yumşaq ifadə etsək absurddur. Təəssürat belədir ki, Serj Sərkisyan küçədə kritik bir kütlə toplanana və fəaliyyəti diktə edən tərəfinin hakimiyyət deyil, küçə nümayişlərinin iştirakçılarının olmasına qədər gözləyib. Sonra Paşinyan sərbəst buraxıldı, çünki yalnız bu şəkildə Karen Karapetyanın mövqeyi daha güclü ola bilərdi. Serj Sarkisyanın bu izahatı da “qeyri-mümkün nəzəriyyələr janrındandır”, çünki həbsdən çıxdıqdan iki gün sonra Nikol Paşinyan açıqlama verərək, “Ya Ermənistanın Baş naziri olacağam, ya da Ermənistanın Baş Naziri olmayacaq” deyə bildirib.

Sarkisyanın hakimiyyəti və ölkəni təhvil verdiyi şəxsi bu dərəcədə tanımadığına inanmaq bir növ çətindir. Hakimiyyətdəki 10 ili ərzində öz komandasından dəqiq qanuni varis tapmayan həmin Serj Sarkisyandan söhbət getdiyini də unutmayaq. Qeyd edək ki, Respublikaçılar Partiyası komandasında kifayət qədər qabiliyyətli ağıllı, təcrübəli xadimlərin olduğu haqqında Serj Sarkisyanın özü həmin müsahibədə yüksək inamla danışıb. Yeri gəlmişkən, məlum olur ki, Sarkisyan, hələ 2016-cı ildə Baş nazir vəzifəsinə başladığı zaman Karen Karapetyana varisi olmaq təklifini irəli sürüb.

“Karen Karapetyana 2016-cı ildə Ermənistan Baş naziri vəzifəsini tutmağı təklif edərkən ona dedim ki, o bu vəzifədə yaxşı çıxış edərsə, əminəm ki, müddət qeyd etmədən mənim qanuni varisim olmalıdır. Yaxşı nəticələr var idi, 2017-ci ildə bu nəticələr daha çox görünürdü. 2017-ci ildə seçkilər baş tutdu, uğur qazandıq və işimizi davam etdirdik. 2018-ci ildə prezidentlik müddəti bitməkdəydi və qərar verilməli idi. 2017-ci ilin yay fəslinin sonunda və ya payızın əvvəlində etdiyimiz ilk söhbət çox sadə, dürüst, səmimi bir söhbət oldu. Hökumətin yaz evində gəzirdik, Karen Karapetyana aşağıdakıları söylədim, Karen, artıq qərar verməyin vaxtı gəlib çatıb, prezidentlik səlahiyyət müddətim tezliklə bitəcək, baş nazir vəzifələrini boynuna götürməyə hazırsan, deyə soruşdum. O, isə dedi, bəs siz, nə düşünürsünüz? Dedim, əminəm ki, əsas danışıq aparanlar dəyişsə, həmsədrlər başqa variantlar təklif etməyə cəhd edə bilərlər, biz 10 il çalışdıq, həmsədrlərin mövqeləri bizim mövqelərdən fərqlənməyib, biz konstruktiv, Azərbaycan qeyri-konstruktiv tərəf olub, bu bizim siyasətimizin nəticəsi idi. Dedim, düşünürəm ki, hər hansı bir şəkildə sizin xətrinizə dəyməzsə, mən baş nazir, siz baş nazir müavini olaraq, mən iqtisadi məsələlərlə daha az müdaxilə etməklə, bu şəkildə bir müddət çalışacağıq. Mən dediyim məsələləri elə relsə salmaq istəyirəm ki, daha sonra böyük problemlərlə üzləşməyək. Dedi ki, birmənalı şəkildə bu, doğru olardı”, - deyə Serj Sarkisyan bildirib.

Serj Sarkisyan “Hakimiyyəti Karen Karapetyana verdim” deyə əvvəlki ifadəsinin “hakimiyyət dəyişikliyini Karen Karapetyanın cibinə qoyması” anlamına gəlmir deməklə özünə haqq qazandırıb.

Əslində, Sarkisyanın iddiasına görə bu belə deyil. Serj Sarkisyan istefasından başqa digər həll yolları ilə bağlı suala cavab olaraq, “yeni parlament seçkiləri keçirməyi təklif edə bilərdim” deyə bildirib.

“İstefa etməyə də bilərdim, bunlar həll yollarıdır, elə deyilmi? Ancaq bu həll yollarından heç birinə əl atmadım, çünki Baş nazir kimi etməli olduğum missiya artıq mənim üçün qeyri-mümkün görünürdü”, - deyə o əlavə edib.

Serj Sarkisyan pərdəarxası görüşlər və razılaşmalarla bağlı müxtəlif versiyalar və şayiələri dedi-qodu kimi xarakterizə edərək, İrəvanda istintaq müvəqqəti təcridxanasında, yalnız Karen Karapetyanla Nikol Paşinyan arasında bir görüşdən xəbərdar olduğunu bildirib.

“Karen Karapetyanın mənə söylədiklərini açıq şəkildə söyləməyi doğru hesab etmirəm, zamanı gələndə Karen Karapetyanın bu barədə danışacağına əminəm”, - deyərək Sarkisyan mötərizələri açmadan qeyd edib.

Bunun əvəzində Sarkisyan bildirib ki, o, sorosçulara, Nikol Paşinyana yox, daha güclü qüvvələrə məğlub olduğuna israr edib. Serj Sarkisyana görə, sorosçular əslində Nikol Paşinyanın inqilabını dəstəkləyiblər, ancaq onu həyata keçirən onlar deyildilər.

İstənilən halda, Serj Sarkisyanın bu qədər asan şəkildə hakimiyyəti təhvil verdiyi güclü qüvvə kim idi?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Ermənistan  

“Qeyri-mümkün nəzəriyyələr janrı”| Sarkisyanın bu qədər asan şəkildə hakimiyyəti təhvil verdiyi güclü qüvvə kim idi?

2021/02/00-95-1613817318.jpg
Oxunub: 5125     10:31     03 May 2021    