Lavrov İrəvan və Bakıya niyə gəlir? – BAXIŞ BUCAĞI

2021/05/00-13-1619864153.jpg
Oxunub: 5285     15:30     01 May 2021    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov 5-6 may tarixlərində İrəvana, 10-11 may tarixlərində isə Bakıya işgüzar səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

“Mövcud razılaşmalara uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri 5-6 may tarixlərində İrəvana, 10-11 may tarixlərində isə Bakıya işgüzar səfərlər edəcək”, - deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər naziri Lavrov gəlməmişdən əvvəl azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb. Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında, nazirlərin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində üçtərəfli işçi qrupun fəaliyyətini müzakirə etdikləri bildirilir. Tərəflər, həmçinin qarşıdakı yüksək səviyyəli təmaslar da daxil olmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.

Lavrov İrəvana və Bakıya niyə gəlir? Lavrovun şəxsən gəldiyinə görə Qarabağ danışıqlarının növbəti vacib mərhələsinin baş verdiyini təxmin etməkdə çox uzaqgörənliyə yol verilməməlidir.

Yeni Ermənistan-Azərbaycan-Rusiya sənədinin imzalana biləcəyi də istisna edilmir.

Məsələ ondadır ki, Ermənistanda ictimaiyyət hər şey haqqında faktların baş verməsindən sonra məlumat alır. Hətta Ermənistan Prezidentinin 9 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasını belə, ertəsi gün qəzetlərdən, belə bir sənədin qəbul edildiyini öyrəndiyi məlum olub.

İrəvanda düşünürlər ki, Lavrovun səfərindən sonra “sürprizlər” istisna edilmir.

Lavrov əvvəlcə İrəvana, sonra Bakıya gəlirsə, demək öncə İrəvanda müəyyən məsələləri müzakirə edib razılaşdırmaq, daha sonra bunları Bakıya aparmaq kimi bir missiyası var.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Lavrov   Azərbaycan  

Lavrov İrəvan və Bakıya niyə gəlir? – BAXIŞ BUCAĞI

2021/05/00-13-1619864153.jpg
Oxunub: 5286     15:30     01 May 2021    

Bizi "telegram"da izləyin